yuxu

Sağlam yuxu üçün ən optimal vaxt…

Baxış sayı: 1. 571

Alimlərdən ibarət olan beynəlxalq araşdırma qrupunun “European Heart Journal”da nəşr etdirdiyi tədqiqat işində insanın sağlamlığı üçün ən uyğun yuxu müddətinin 6 ilə 8 saat arasında olması qeyd olunub.

İnsan sağlamlığı üçün ən uyğun yuxu müddətini müəyyənləşdirməyi qarşısına məqsəd qoyan müşahidələr təxminən 8 il çəkib. 35-70 yaş arasında 116 mindən artıq insanın yuxu qeydiyyat dəftərlərini təhlil edən mütəxəssislər həddindən artıq yuxunun ürək-damar xəstəliklərindən ölüm riskinin artması ilə əlaqəli olduğu nəticəsini əldə ediblər.

Araşdırma çərçivəsində yuxusu 8-9 saat arasında çəkən insanların ölüm riskinin təklif edilən saat aralarında yatan insanlara nisbətən 5% artdığı məlum olub. 9-10 saatlıq yuxunun ciddi xəstəliyə yoluxma riskini 7%, 10 saatdan artıq yuxunun bu riski 41%-ə qaldırdığı müəyyənləşdirilib.

Alimlər hesab edir ki, gecələr 6 saatdan az yatan insanlarda bəzi hallarda gündüz yuxusu da ürək-damar xəstəliklərinin inkişafına təkan verir. Digər tərəfdən, ekspertlər əksər hallarda gündüz yuxusunun gecə əskik qalan saatları bərpa etdiyi üçün dəyərlərin normallaşmasını təmin etdiyini qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir