Bir çoxları sevgi münasibətlərində ayrılıq və uğursuzluqlarla üzləşir. Lakin bundan nəticə çıxardan az olur. Bu yazıda sizi oxucuları münasibətləri möhkəmləndirən və cütlüklər arasında ayrılmaz bağ yaradan 10 sevgi sirri ilə tanış edirik.
Birinci sirri: FİKRİN GÜCÜ
Məhəbbət düşüncələrdən başlayır. Biz nə düşünürüksə, ondan ibarət oluruq. Sevgi dolu fikirlər sevgi dolu həyat və sevgi dolu münasibətlər yaradır.
İkinci sirri: HÖRMƏTİN GÜCÜ
Kimisə sevməzdən əvvəl ona hörmət etməyi öyrənin. İlk növbədə, özünə hörmət etmək lazımdır.
Üçüncü sirri: BAĞIŞLAMA GÜCÜ
Əgər sevgi istəyirsinizsə, onu sadəcə hədiyyə etmək lazımdır! Nə qədər çox sevgi bəxş etsəniz, bir o qədər çox sevgi alacaqsınız. Sevmək sözsüz-söhbətsiz özünün bir hissəsini hədiyyə etmək deməkdir. Sadəcə, mehribanlığın təzahürünü təcrübədən keçirin. Məhəbbətin gizli formulu ondadır ki, nə ala biləcəyinizə deyil, nə verə biləcəyinizə diqqət etməlisiniz.
Dördüncü sirri: DOSTLUĞUN GÜCÜ
Əsl məhəbbəti tapmaq üçün əvvəlcə əsl dostu tapmaq lazımdır. Sevmək bir-birinizə yox, birlikdə bir istiqamətə baxmaq deməkdir.
Beşinci sirri: TOXUNUŞUN GÜCÜ
Toxunuş məhəbbətin ən güclü təzahürlərindən biridir, o bütün əngəlləri yıxıb münasibətləri gücləndirir. Toxunuş fiziki və emosional vəziyyəti dəyişdirir, insanları sevgiyə daha çox bağlayır. Toxunuş bədəni yaxşılaşdırmağa və qəlbi isitməyə yardımçı ola bilər. Qucağını açdığın zaman ürəyini də açırsan.
Altıncı sirri: AZADLIQ VERMƏK PRİNSİPİ
Birini sevirsinizsə, onu sərbəst buraxın. Əgər geri qayıdırsa, o sizindir, qayıtmırsa, deməli, o, heç vaxt sizin olmayıb. Hətta əsl sevgi münasibətlərində belə insanlar azadlığa ehtiyac duyur. Sevməyi öyrənmək istəyirsinizsə, özünüzü bağışlamağı, keçmiş incikliklərdən, kədərlərdən, qorxulardan, qərəzlərdən və mühakimələrdən azad olmağı öyrənməlisiniz.
Yeddinci sirri: ÜNSİYYƏT GÜCÜ
Açıq və dürüst ünsiyyət qurmağı öyrəndiyiniz zaman həyat dəyişir. Birini sevmək onunla ünsiyyət qurmaq deməkdir. İnsanların onları sevdiyinizi və təqdir etdiyinizi bilməyə ehtiyacı var. Bu 2 sehirli sözü deməkdən heç vaxt qorxmayın: “Səni sevirəm”. Qarşı tərəfi tərifləmək fürsətini qaçırmayın. Hər zaman sevdiyiniz insana sevgi sözləri deyin, kim bilir bəlkə də onu son dəfə görürsünüz.
Səkkizinci sirri: SƏDAQƏTİN GÜCÜ
Sevginin möhkəm olması üçün ona sadiq olmaq lazımdır və bu sadiqlik düşüncələrdə və hərəkətlərdə əks olunacaq. Bağlılıq, əxlaq və sədaqət məhəbbətin əsl imtahanıdır. Sevgi münasibətinə sahib olmaq üçün ona sadiq olmaq lazımdır. Möhkəm münasibətləri digərlərindən fərqləndirən əsas cəhət sadiqlikdir.
Doqquzuncu sirri: HİSSLƏRİN TƏZAHÜRÜNÜN GÜCÜ
Hisslər sevgi atəşini alovlandırır və sönməyə imkan vermir. Dərin sevgi hissləri sədaqət, coşqu, şövq, maraq və şən həyəcanla səciyyələnir. Keçmiş xatirələri alovlandırmaqla hissləri yenidən yandırmaq olar. Spontanlıq və sürprizlər qarşılıqlı hisslər doğurur. Sevgi hissi insanda hər zaman ruh yüksəkliyi və xoş əhval-ruhiyyə yaradır.
Onuncu sirri: GÜVƏN
Güvən duyğusu münasibətlər üçün çox əhəmiyyətlidir. Onsuz tərəflərdən biri daim şübhəli, həyəcanlı və qorxaq olur, digəri isə özünü emosional, tələyə düşmüş hiss edir, rahat nəfəs ala bilmir. Tamamilə etibar etmədiyiniz birini həqiqətən sevmək mümkün deyil.
Bir adamın sizin üçün doğru olub-olmadığına qərar verməyin bir yolu özünüzə bu sual verməkdir: “Ona tamamilə və qeyd-şərtsiz güvənə bilərəmmi?”.
Etibar hissi olmayan insan hər zaman şübhə içində yaşayır və qarşısındakı insanın da həyatını zəhərləyir. Səvmək möhkəm bağlanmaq və sarılmaqdır. Bunun adı eşqdir, xoşbəxtlikdir, ümid və səadətdir.