yemek

“Harda nə yeyək?” – BELÇİKA MƏTBƏXİ

Baxış sayı: 1. 527

«Gencaile.az» saytının xarici ölkə mətbəxindən nümunələr təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə Belçika mətbəxindən bəhs edəcəyik.

 

Belçika mətbəxi öz yeməkləri, fri kartofu, pivəsi ilə məhşurdur. Bundan əlavə, mal və donuz ətindən ibarət olan Carbonnade Flamande yeməyi də ən populyar yerli yeməklərdəndir. Bu yeməyin tərkibində həmçinin pivə də olur. Ümumiyyətlə, Belçikada pivə ilə bişirilən yeməklər yetərincədir. Stoovfvlees, Seafood Plate, Boulets, Karides Kroquet kimi yeməklər məhz həmin sırada olanlardandır.

Image result for Carbonnade Flamande

 

Ölkə o qədər də böyük olmasa da, hər regionunun özünəməxsus yeməkləri var. Əsasən mövsümi qidalara üstünlük verilməsi diqqət çəkir. Sahilboyu regionlarda balıqdan və dəniz məhsullarından yeməklərə üstünlük olur. Ardennaxda daha çox tez-tez ov quşundan, quş ətindən istifadə edirlər.

Özündə qonşu ölkələrin ənənələriylə orta əsr kulinariya ənənələrini uyğunlaşdıran Belçika mətbəxinin təamlarından Avropanın bir neçə ölkəsində də geniş istifadə olunur. Bu baxımdan Fransa, Almaniya və Hollandiyanı xüsusi fərqləndirmək olar.

Image result for Dame Blanche

 

Ölkənin mətbəxində şirniyyatlar da özünəməxsus yer tutur.  Şokolad və vafli xüsusi yer tutan şirniyyatlar hesab olunur.  Şokalad tortu və şokalad sousu da əsas desertlər sırasındadır. Həmçinin Dame Blanche dondurmasını da vurğulamaq lazımdır.

 

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir