Zaman çox sürətlə ötüb keçir. Həyatda hər şey dəyişməkdədir: nəsə gəlir və sonra izsiz olaraq itib gedir. Onun əvəzində isə yenilik gəlir. Yəqin ki, heç kəs müasir rahatlıqdan və super texnologiyadan imtina etməz. Bu gün hər kəs komforta öyrəşib. Müasir əşyalar bizə vaxta qənaət, həyatımızı isə maraqlı və rəngarəng etməyə kömək edir. Ancaq gəlin bir an keçmişə qayıdaq və SSRİ ab-havasını xatırlayaq. Etiraf edək ki, o dövr asan deyildi. Lakin yaddaşlarda qalan uşaqlıq və gənclik dövrünə aid olan əşyalar hər bir insanın həyatının ən yaxşı anlarını xatırladır.
“Gencaile.az” Rusiya mətbuatına istinadən SSRİ dövrünə aid əşyaların fotosumu təqdim edir. Bu əşyalar o dövrdə uşaqlıq və gənclik illərini yaşamış insanlarda unudulmaz xatirələri oyadır…
Quru rənglər. Hər kəs gələcəyin Pikassosu olmaq istəyirdi…
Süd məhsulları üçün olan şüşə butılkalar. Onları mağazaya təhvil verərkən uşaqlar ilk “maaş”ı qazanırdılar.
“Montana” adlı qol saatı. Sənin də qulağında o melodiya qalıbmı?
“Qabırga” stəkan. Yəqin sizdə də hardasa bu əşyadan qalıb. Bu, “əbədi” əşyadır.
Stolüstü xokkey. Qorxaq oğlanlar bununla oynamırdılar.
Rezin top. O da əbədi idi…
Radioqəbuledici. Hər şey neçə də dəyişib. İndi radionu balaca mobil telefona yerləşdiriblər.
“Üçqat” odekalon. İstəyirsən lap evdən qaç…
Fotoaparat “Smena”. “Zenit” və “FED” adlı fotoaparatlar da vardı.
Hərf, rəqəm, söz birləşməsi dəsti. Bunlarla əlifba, saymaq, yazmaq öyrənilirdi.
Hoppanan oyuncaq qurbağa. Uşaqlar bununla oynamağı sevirdilər.
Hindistan çayı və ya filli çay. bundan sərti ancaq spirt idi.
Ovçu kolbası. Bundan hər bir balıqçıda və ovçuda olurdu.
Pistonlu silah. Bu silahla hər bir oğlan özünü “təhlükəsiz” hesab edirdi.
Xalça. Hər evin bəzəyi…