ayriliq

Sizi incidən insanı həyatınızdan belə çıxarın – TÖVSİYƏLƏR

Baxış sayı: 1. 454

Həmin insanı düşünmədən dayana bilmədiyiniz anlar olur. Dedikləri və ya etdikləri bir şeyə uzun müddət ilişib qalır, hər an onu düşünürsünüz – evdə, maşında, duşda, yeyərkən, geyinərkən, işləyərkən, davamlı olaraq ağlınızdadır. Bu hal günlərlə, aylarla, hətta illərlə davam edə bilər. Bəs bunun qarşısını necə almaq olar?

Bizi üzən insan beynimizə ilişəndə onun günahkar olduğunu düşünürük, amma bu hər zaman doğru olmaya bilər. Bəzən problem ağlımızdan çıxara bilmədiyimiz insanın qarşılaya bilmədiyi gözləntilərimiz ola bilir. Bəzən isə tam əksinə, qəbahət bizdə olmasa belə, biz özümüzü günahkar hiss edir, görəsən harada səhv etdim deyə düşünürük.

Hansı olursa-olsun, bu növ düşüncələr tamamilə zəhərli və pis təsirlidir. Bizə duyğusal olaraq zərər verirlər. Aparılan araşdırmalara görə problemlər haqqında uzun müddət düşünmək bədbəxtlik və sağlamlıq problemləri ilə nəticələnir. Zehnimiz yaşadığımız pis xatirələri bizə təkrar-təkrar yaşadarkən, bədənimiz stress hormonları və digər kimyəvi maddələr ifraz edir. Bu maddələr bədəndə depressiya, xərçəng, ürək və immum sistemi xəstəlikləri kimi bir çox problemin ortaya çıxması üçün əlverişli şərait yaradır.

Sağlamlığımıza zərər verən zəhərli maddələri həyatımızdan çıxarmaq üçün çalışırıq. Təbii qidalar yeyir, zərərli yeməklərdən uzaq dururuq. Kimyəvi olan şeyləri həyatımızdan çıxarırıq. Amma mövzu zehnimiz olduğu zaman bu qayğını ona göstərmirik, əslində sağlamlığımız üçün ən təmiz tutmalı olduğumuz yer də elə zehnimizdir.

 

Zehnimizdəki zəhərdən qurtulmağın 10 yolu

 

Gözləyin

Bəzən çətin vəziyyətlərdə insanlara reaksiya göstərmək, haqlı olduğumuzu başa salmaq istəyirik. Bu səbəblə növbəti cümləmizin nə olacağı ilə bağlı başımızı yorur və boşuna enerji itiririk. Bunun yerinə, Buddist psixoloq Sylvia Boorstein-ə görə gözləyib nə olacağını görmə mövzusunda özümüzə icazə vermək daha yaxşı nəticələr doğura bilər.

 

Günahlandırmayın

Əvvəl olmuş hadisələri nəzərdən keçirib insanları (eyni zamanda özünüzü) günahlandırmaq heç vaxt faydalı olmayacaq. Yanlış anlaşılmalar, eyni ilə ardıcıl dağılan domino daşları kimi bir-birini izləyən hadisələr nəticəsində əmələ gəlir. Problemin səbəbi heç vaxt tək bir insandan qaynaqlı olmur.

 

Ən böyük probleminizə fokuslanın

Buddist Norman Fischer, başımıza nə gəlsə də, problemin öz hirsimiz olduğunu deyir. Hirsimiz məntiqli və məhsuldar bir şəkildə qarşılıq verməyə mane olur. Bu səbəblə, həll olması üçün ilk olaraq öz hirsinizə fokuslanmalısınız. İnsanlarla olan probleminizi həll etməzdən əvvəl meditasiya edin, gəzin, vaxtın keçməsinə icazə verin və sakitləşin

 

Digər insanlar nə düşündüyünüzü bilmir

Özünüzə sual verin, başqaları sizin nə düşündüyünüzü və nəyi hədəflədiyinizi bilsəydi, sizcə nə qədər düşündüklərinizi təxmin edə bilərdilər? Böyük ehtimalla ağlınızdan keçən şeylərlə, sizi nəyin üzdüyünü düzgün təxmin etmək ehtimalları olmazdı.

Düşündüyünüz hər şeyə inanmayın. Duyğularımızı bədənimizdə yaşayırıq. Duyğularımız fizikidir. Bunu ümumi olaraq düşüncələrimiz həqiqətləri ortaya çıxardığında görürük. Bəs duyğularımız doğru deyilsə, necə bu qədər pis hiss edir və əndişələnirik? Əndişə, qorxu, peşmanlıq və hirs kimi hisslər yaşadığımızda təcrübə etdiyimiz duyğular və fiziki vəziyyət həqiqətdir, lakin hər zaman doğru deyil

 

Bu hadisədən dərs çıxararaq yetişkinləşməyə çalışın

Bizi üzən bir hadisəyə hirslə qarşılıq verdiyimizdə, öz acımızı artırırıq. Hislərimizlə birlikdə orada olub, niyə bu qədər şiddətli reaksiya göstərdiyinizi düşünün. Bu hadisədən dərs çıxarın. Bu daha yetişkin olmağınıza səbəb olacaq.

 

Öz yaxşılığınız üçün bağışlayın

Buddist psixoloq Jack Kornfield, öz acınıza sadiq qalmaq məcburiyyətində olmadığınızı deyir. Bağışlamaq sadəcə qarşınızdakı insan üçün etdiyiniz bir şey deyil. Bağışlamaq keçmiş acılarınızdan qurtulmaq və azad olmaq üçün ehtiyac duyduğumuz bir şeydir.

 

90 saniyəlik fasilə verin

Zehninizi rahatlaşdırmaq üçün düşüncə sisteminizi qırmaq lazımdır. Əgər siz 90 saniyə gözləsəniz, bu zaman duyğularınız sahildəki dalğalar kimi yüksəlib yavaşca bitəcək. Bir ruh halından çıxmaq üçün 90 saniyə kifayətdir.

 

Zehninizdə başqa yerə gedin

Sizi rahatlatmaq üçün bir görüntü: Dərin masmavi dənizin dibində olduğunuzu və hər şeyin üzüb getdiyini izlədiyinizi xəyal edin. Düşüncələrinizin yanınızdan üzərək keçməsini xəyal edin. Dərin, sakit, mavi dəniz olduğunuzu xəyal edin.

 

Sevgi göndərin

Wanda Lasseter-Lundy sizi incitmiş birini ağlınızdan çıxara bilmədiyinizdə bunu etməyinizi tövsiyyə edir: “O insana bəyaz işıq topu göndərdiyinizi xəyal edin. Onu bu işıq topunun içinə qoyun, onu işıqla örtün, ta ki, hirsiniz keçənə qədər.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir