ana uşaq

Analar uşaqlarını necə yatızdırır? – SORĞU

Baxış sayı: 2. 108

Bu günlərdə analar üçün olduqca maraqlı olan bu suala “Facebook” sosial şəbəkəsində analarla birlikdə cavab axtardıq. Onlardan körpələrini necə yatızdırdıqlarını soruşmuşuq. Ümid edirik ki, artıq müəyyən təcrübə toplamış bu valideynlərin cavabları yeni valideyn olanlar və olmağa hazırlaşanlar üçün maraqlı və səmərəli ola bilər.

Analar http://gencaile.az/qadin/qadin-ve-problem/usagi-5-deqiqeye-nece-yatizdirmaq-olar-analar-oxusun/ linkində təqdim etdiyimiz tövsiyələrə də reaksiya veriblər.

Gəlin, respondentlərimizin bu yazıya münasibətləri, öz metodikaları barədə bölüşdükləri ilə tanış olaq.

Sevda Şükürlü:

–          Əla üsuldur, bəyəndim. Kaş bunu 7 il bundan qabaq paylaşardınız.

Nura Zəhra Əli:

–         Mən başa düşmədim, ağlayıb-ağlayıb, özü yatacaq?!

Aida Hacıyeva:

Bəli, xanımlar mənim qızımın artıq demək olar ki, 5 yaşı var, mən 2 yaşından belə yatızdırıram, qızıma sadəcə, nağıl oxuyuruq və otaqdan cıxırıq, o isə öz-özünə yatır.

Səbişka M-va:

–         Mənimki indi 4 ayına keçib, ağlaya- ağlaya yatır, ağlaya-ağlaya da durur. Ağlamır e qapqara qaralır, çatlayıb yarılır.

 

Samirə Məmmədova Ismayılova:

– Mənim oğlum əvvəl belə yatırdı, böyüdükcə yatmadı, ancaq ayağımda yatır.

Seda Mövsümova Ismayılova:

–         Mən əvvəlcədən bu üsula öyrətmişəm… Ağlayanda başını sığallayıb nazlandırmışam, indi 1 yaş 3 aylıqdadır – yerinə qoyuram xəbərim olmur ki necə yatır… Yuxusu gələndə bir də görürsən ki, özü girir yerinə… Gecə 10-dan gec olmayaraq yatmalıdır. Səhər də 6-8 arası durur yuxudan… Sağ əlim əziyyət çəkən anaların başına.

Fira Hüseynova:

–         Eeeexxx elə indicə böyük oğlumu 3 dəqiqəyə yatizdırdım. Qulaq asmırdı sözümə. Döydüm, dərhal yatdı. Amma sonra yazığım gəlir. Şitliyi tutmuşdu. Balacanı da oyatdı, yuxudan ümumiyyətlə əsəbiləşdim.

 

Ayka Süleymanova:

–         Mən də 4 aylığından elə yatırdıram uşağı, yedirdirəm, pampersini dəyişib qoyuram yerinə, mənim oğlumun sevimli adyalı var qucaqlayıb yatır.

 

Tutu Dünyası:

–         Bu metodu türklərin verlişində görmüsdüm. Tətbiq eləməmişəm. Amma edəcəm, çünki maşallah, ağır uşaqdı, qucaqda yellənməkdən belim əyri qalıb. Özü də deyir ki, oturub yelləmə ayaq üstə yeriyə-yeriyə yellə. Canım cıxır, nə yalan deyim. Ancaq böyüyü yanında uzanırdım, nağıl danısırdım, özü yatırdı.

 

Samirə Məmmədova İsmayılova:

–         Qızlar indicə yoxladım, əlinə balaca “mışka” verdim, özü yatdı.

Ayşən Hacıyeva:

–         Boooy, bir gün elədim qaytardı, hirsindən göyərdi, çatdadı, beşikdən atırdı özünü – bir yaşı var ayaqda yatır.

Ayka Süleymanova:

Mənim uşağım ayaq bilmir nədir, heç vaxt ayağımıza qoymamışıq.

 

Ağayeva:

–         26 günlük uşaqdı, elə yatızdırsam, boşayarlar məni.

Nərmin Xəlilova:

Mənim qızımın 4 ayı olub, mən də elə yatırmaliyam, yoxsa gözləməliyəm, 6 ayı olsun?

 

Ayka Süleymanova:

Öyrəşdirin özü yatsın, qoyun yerinə yuxuya getsin. Bir də mən ayağa uşaq qoymağın əleyhinəyəm, məncə, uşaq yarıqaranlıq, sakit otaqda özü yuxuya getməlidir.

 

Hüseynova:

–         Mən 5 ayından eyniylə belə etdim, məndə də əkizdir, biri qucağımda, biri ayağımda yatırdı, çox yorulurdum – belə qərara gəldim ki, yerlerinə qoyum özləri yatsın. 3 gün çox ağladılar, indi 14 aylıqdırlar, özləri yatırlar.

 

Lamiyə Nağıyeva:

–         Mən doğulan gündən elə yatırıram. 6 aylığından da öz otağında tək yatır.10 aylıqdır. Uzadıram yerinə, cıxıram otaqdan özü yatır. Elə olmasa, adam dəli olar ki…

 

Afa Seyidli:

–         Lamiyə, sən lap xoşbəxt anasan ki… yellətmirsən, lay-lay demirsən?

 

Lamiyə Nağıyeva:

–          Yox, laylay nədi a bacı. Çıxıram otaqdan özü yatır, elə oyrəşib. Doğulandan ona laylay deməmişəm.

 

Afa Seyidli:

–         Mənim oğluma nələr alındı, heç yerdə yatmadı. Adyalın arasında yelədirdik. Böyüdükcə agırlaşırdı. bir gün bağda o qədər ağladım ki, babam çox fikir elədi ki, nə düzəldək ki, bu uşağı əldə yelləməyə ehtiyac qalmasın. Tapdı. Gülməli də olsa deyim. Əslinde ağlamalıdır – Lesnica pilləkan var ha, bax onun arasına ip bağladı, içinə də adyal – orda yatır. İndi də pullar pilləkanlara gedir.

 

Fira Hüseynova:

Mənim böyük oğlum 1 yaş yarımlıq olandan özü yatır tek. Qoyuram çarpayıya yatır. Amma balacam hələ 1 yaşı var. Onu ayağımda yelləyib yatırdıram, sonra çarpayısına qoyuram.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir