aile

Statistika Komitəsi: Azərbaycanda 4 nəfərlik ailə ay ərzində 1260 manat pul xərcləyir

Baxış sayı: 1. 406

Yola saldığımız 2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3 faiz üstələyərək 37,1 milyard manata bərabər olub.

“Gencaile.az” ” yeniavaz.com”-a  istinadən bildirir ki, ticarət dövriyyəsinin 18,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilə nisbətən real ifadədə 2,5 faiz,  qeyri-ərzaq məhsullarının dəyəri isə 3,4 faiz artıb.

Ötən il alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi (16,985 milyard manat) ərzaq məhsullarının, 4,5 faizi (1,653 milyar manat) içkilər və tütün məmulatlarının, 17,8 faizi (6,609 milyard manat) toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi (2,282 milyard manat) elektrik malları və mebellərin, 5,9 faizi (2,179 milyard manat) avtomobil yanacağının, 1,3 faizi (476 milyon manat) əczaçılıq və tibbi malların, 0,7 faizi (269 milyon manat) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi (6,635 milyard manat) isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Burdan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda 4 nəfərdən ibarət bir ailənin orta aylıq xərci 1260 manata bərabər olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir