milyarderler

Həyatda uğur qazanmış insanlar HƏR SƏHƏR BUNU EDİR – QƏRİBƏ VƏRDİŞLƏR

Baxış sayı: 1. 595

Müasir dövrümüzün Bill Qeyts, Stiv Cobs, Riçard Branson kimi dahi şəxsiyyətləri uğurlu karyeraları ilə bütün dünyaya örnək olub və olmaqda da davam edir. Bəs bu insanların böyük uğur qazanmasının səbəbi nədir? Başlıca səbəb ondan ibarətdir ki, bu insanlar öz işlərini sevir və işə başlamaq üçün səhər tezdən yuxudan oyanırlar.

“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, məşhur elm adamları və milyarderlər səhər vərdişlərini sanki dini ritual kimi yerinə yetirir. Onların özləri də müsahibələrində uğur formulunu səhər vərdişlərinə borclu olduqlarını dəfələrlə etiraf ediblər.

 

1. Riçard Branson – “Virgin Group”-un sahibi

Image result for richard branson

Səhər yuxudan duran kimi üzçügülüklə məşğul olur və ya sörfinq edir.

Bu məşqləri vitamini bol olan məhsullarla tamamlayır. Səhər yeməyində sağlam qidalanır.

Günə gümrah başlamaq üçün yatmazdan əvvəl pərdələri açıq qoyur.

 

2. Varren Buffet – “Berkshire Hathaway”

Image result for Varren Buffet

Hər gün mütləq 500 səhifə oxuyur. Həqiqətən mütaliə dəlisidir. Günün 80 faizini kitab və məqalələr oxuyaraq keçirir.

Səhər saat 6:45-də oyanıb ofisə getməzdən əvvəl gündəlik qəzetləri oxuyur.

 

3. Arianna Huffington – “Huffington Post”

Image result for Arianna Huffington

Günə mütləq 30 dəqiqəlik meditasiya ilə başlayır.

Yuxu rejiminə xüsusi fikir verir.

Bütün cihazları yatmazdan əvvəl söndürür və çarpayısından kənarda saxlayır.

 

4. Bill Qeyts – “Microsoft”

Image result for bill gates

Səhər yuxudan kimi 1 saat qaçış alətində idman edir. Bu zaman “Teaching Company” kurslarını izləyir.

 

5. Mark Zukerberq – “Facebook”

Image result for mark zucerbek

Bütün gecə yarıya qədər işləməyibsə, səhər yuxudan mütləq 8:00-da oyanır.

Geyim seçimi üzərində əlavə vaxt itirməmək üçün hər gün eyni rəngli qolsuz köynəklər geyinir.

 

6. Opra Uinfri – “The Oprah Winfrey Show”

Image result for oprah

Oyanan kimi günə meditasiyaya başlayır, sonra isə qaçış alətində məşq edir.

Sağlam qidalanmasına diqqət edən Opra səhər yeməyində faydalı məhsullar yeyir.

İşə mümkün qədər tez gedir.

 

7. Elon Musk – “SpaceX”, “Tesla Motors” , “Zip2”, “OpenAl”, “Solar City”

Image result for elan musk

Gecə 1:00-də yatıb səhər 7:00-də oyanır.

Adətən səhərlər yemək yemir, nadir hallarda qəhvə içir və omlet yeyir.

Günorta yeməyinə də sadəcə 5 dəqiqə ayırır.

Gündə 1 və ya 2 dəfə ya qaçış alətində, ya da ağırlıq çalışaraq məşq edir.

 

8. İndra Nooyi – “PepsiCo”

Image result for İndra Nooyi

Yuxudan saat 4:00 da oyanır.

7:00-da işdə olur.

 

9. Lord Sugar – Siyasətçi, sahibkar və yazar

Image result for lord sugar

Hər səhər 5:00-da yataqdan qalxıb 80 km-dən çox (50 mil) açıq havada velosiped sürür.

 

10. Cef Bezos – “Amazon.com”

Image result for jef bezos

Gündə 8 saat yatır.

Ofisdə də yuxu döşəyi var.

Həftənin çərşənbə axşamı və cümə günlərində qətiyyən iclas etmir, görüşlər keçirmir və bu iki günü fasiləsiz işləyərək keçirir.

 

11. Sergey Brin – “Google”, “Google X”

Image result for sergey brin

Fitnessi sevdiyini hər fürsətdə dilə gətirən Brin günə məşq etmədən başlamır.

İdman ayaqqabılarından başqa model ayaqqabı geyinmir.

İclaslarda yoqa edir, bəzən də sadəcə əllərinin üzərində yeriyir.

 

12. Cek Ma – “Alibaba Group”

Image result for jak ma\

Şəxi məşqçisi var, hər səhər onunla idman edir.

Səyahətlərdə vərdişlərini pozmamaq üçün məşqçisini də özüylə aparır.

 

13. Mayer Marissa – “Yahoo”

Image result for mayer marrisa

6 saatdan çox yatmır, həftədə 130 saat dayanmadan işləyir.

 

14. Cek Dorsi – “Twitter”

Image result for jack dorsey

5:30-da yataqdan qalxıb meditasiya edir.

Sonra açıq havada qaçışa çıxır.

 

15. Stiv Cobs – “Apple”

Image result for stiv jobs

Stiv Cobs hər səhər güzgü qarşısında dayanıb özü ilə motivasiyaedici söhbətlər edərmiş. O, güzgüdə özünə “Bu gün həyatımın son günü olsaydı, az sonra gördüyüm işlər məni xoşbəxt edərdimmi?” , – deyə soruşurmuş. Cavabı bir neçə gün ard-arda “xeyir” olanda dəyişiklik axtarışına çıxarmış.

Cobs eyni zamanda evin dekorasiyasından tutmuş, geyimə qədər minimalizm müdafiəçisi idi. O, həyatı boyu işə qara tişört, mavi cins və rahat idman ayaqqbılarında gedib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir