Kerosinin xərçəng, şiş və bir sıra ağır xəstəliklərdə istifadəsi barədə uzun illərdir fikirlər dolaşır.Onkoloqlar xərçənglə müalicədə kerosini təkzib edir, bu müalicəni qəbul etmir, amma eyni zamanda yüzlərlə insan son ümid yeri olaraq hardansa eşitdiyi, oxuduğuna əsasən kerosin axtararaq, onunla sağalacağına ümid edir. Hətta 4-cü dərəcəli şiş xəstələrin artıq son mərhələdə naəlac qalıb, kerosin içdiyi haqda da faktlar var. Kerosin əslində, insan orqanizmi üçün zərərli məhluldur. O, kiməsə müsbət təsir göstərə bilər, kiməsə ölümcül.
Kerosinin xərçəng xəstəliklərində istifadəsini ilk dəfə avstriyalı tibb bacısı Paula Kerner irəli sürüb. 10 il sonra bu metod bir neçə ölkə tərəfindən patentləşdirilib.
Paulanın pasiyenti isə öz anası olub. Məlumata görə, o ölümcül xəstə imiş. Tibb bacısı kerosinin dağıdıcı təsirindən onkoloji hüceyrələrin məhv olunmasında istifadə etmək qərarına gəlib. Onun anası bağırsaq xərçənginin sonuncu mərhələsində olub. Əməliyyatdan sonra qadın ağrılardan əziyyət çəkib, qəbizlik güclənib, həddən artıq çəki itirib. Artıq həkimlər xəstəni evə yola salaraq, müalicədən əllərini üzüblər. Paula anasının əziyyətlərini yüngülləşdirmək üçün hər yola əl atıb. Köhnə qəzetlərin birində o, I Dünya müharibəsində xəstə və yaralıların müalicəsində kerosinin daxilə qəbulu barədə yazı oxuyub. O, kerosini filtrdən keçirib, riskə gedərək, anasına içirməyə başlayıb. Hər gün acqarına 1 çay qaşığı kerosin içən xəstənin halı 6 həftədə irəliyə doğru dəyişməyə başlayıb: ağrılar azalıb, qəbizlik aradan qalxıb, ürəkbulanma kəsilib, iştaha gəlib, çəkisi artıb. Həmin hadisədən sonra yüzlərlə xərçəng xəstəsi Paulanın pasiyenti olaraq, onun metodunu istifadə edib.
Paula Kerner metodu çox sadədir: 15 damcı filtrə olunmuş kerosin bir parça qəndlə hər gün acqarına qəbul edilir.
Tibb bacısının bu metodunu o vaxt çalışdığı xəstəxana və ölkə səhiyyəsi qəbul etməyib. Hesab edilib ki, kerosin yüksək toksiki maddədir və insanı zəhərləyə bilər. Amma qadın hesab edir ki, sənaye kerosinini filtrə edib təmizlədikdə onun yüksək toksikliyi azalır. Bu kerosin limfa və qanı təmizləyir, metastaz verən hüceyrələri öldürür, xəstəni müdafiə edir.
Kerosinin təmizlənmə üsulu:
1 litr kerosin və 1 litr təmiz isti su böyük qazanda qarışdırılır. Bankaya tökülüb, qapağı bağlanır. Banka 4-5 dəqiqə ərzində çalxalanır. Arada bankanın qapağı açılıb, yenidən bağlanır. Banka bir kənarda saxlanılır, ta ki bankadakı məhlul bir-birindən aydın görünən sərhədlə ayrılsın: yuxarı və aşağı maye. Sonra ehtiyatla bankada üzə çıxmış su başqa qaba boşaldılır. Çalışmaq lazımdır ki, bu su alt laydakı suya qarışmasın. Sonra süzülmüş bu məhluldan istifadə olunur.
QEYD: Ev şəraitində özünüz yoxlamayın, təhlükəli ola bilər.