Aile

Ailə səadəti üçün ipucları – “EvliSƏN”

Baxış sayı: 1. 703

Ailə xoşbəxtliyini necə əldə etməli olduğunuz haqda düşünürsünüzsə, bunu ətrafınızdakı cütlüklərə baxaraq müəyyənləşdirə bilərsiniz. Düzdür, demək olar ki, heç bir ailədə bu baxımdan vəziyyət ideal deyil, amma hər halda hansısa cütlüklərin doğrularını, hansısa cütlüklərin isə yanlışlarını təhlil etməklə müəyyən qənaətə gəlmək mümkündür. Beləliklə, “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında məhz bu haqda ipuclarını təqdim edirik.

 

Eqosit olmayın. İlişkinizin problemsiz olması üçün qarşı tərəfdən gözləntilərinizi minumuma endirin. Bu məsələdə önəmli məqam sizin partniyorunuza qarşı nə qədər yaxşı davranmağınızdır. Əgər münasibətlərinizi qarşılıq gözləmədən etməyi bacarsanız bu halda münasibətləriniz də mükəmmələ doğru yön alacaq.

 

Ailə xoşbəxtliyini təmin etmək təkcə həyat yoldaşınızın vəzifəsi deyil. Bu məsuliyyəti onun çiyinlərinə yükləmək həm qarşı tərəfə haqsızlıq, həm də münasibətlərinizə zərbədir. Ən yaxşısı bu məsələdə hansı tərəfin daha çox ailə səadəti üçün çalışdığına əhəmiyyət vermədən əlindən gələni etməkdir. Əgər tərəflərdən biri digərini ilişkinin müsbət yöndə inkişafına töhvə verməməkdə günahlandıracaqsa, bu, problemin daha da dərinləşməsini şərtləndirməkdən başqa bir işə yaramayacaq.

 

Cütlüklər vaxtını daha çox bir-biri iləkeçirmək istəyir, amma bəzi hallarda tərəflərin bir-birinə “istirahət” verməsi daha məqsədəuyğundur. Bu halda qarşı tərəf münasibətlərdəki problemləri daha rahat təhlil edə biləcək ki, bu da ümumi işin xeirinə olan məqamlardandır.

Cütlüklərin münasibətlərini mükəmməlləşdirmək istiqamətində atacağı ən əsas addımlardan biri də belə demək mümkünsə, komanda şəkilində hərəkət etməsidir. Birlikdə çalışmağınız, ortaq hədəflərinizin olması, xəyallarınızı gerçəkləşdirmək üçün birgə cəhd etməyiniz ən arzulonandır.

 

Minnətdarlıq etməyi unutmayın. Ən kiçik jest üçün belə təşəkkür etməyiniz önəmlidir. Qarşı tərəfin sizin sevginizi hiss etməsi nə qədər gözəldirsə, ona minnətdarlığınızı çatdırmağınız da o qədər yaxşıdır.

 

Əgər ailə həyatınızda hər şeyin yolunda olmasını istəyirsinizsə, bunun üçün bir az romantik olmalısınız. Yox, əgər belə şeylərdən uzaqsınızsa, ən azı evdə birlikdə film izləməklə bu çatışmazlığınızı aradan qaldıra bilərsiniz.

 

Münasibətlərin qaydasında olması üçün digər əsas məqamlar isə qarşı tərəfi olduğu kimi qəbul etmək və ən önəmlisi ona güvənməkdir. Həyat yoldaşınızın xasiyyətini dəyişdirməyə çalışmaq sizin ən böyük xətalarınızdan biri olacaq. Həmçinin həyat yoldaşınıza güvənsizlik ilişkinizin sonu deməkdir.

 

Hazırladı: Uğur




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir