Qoca

​​​​​​​Ünsiyyət həqiqətən ömrü uzadır? – ARAŞDIRMA

Baxış sayı: 1. 716

Dostlarla, yaxın insanlarla ünsiyyət, mütəmadi görüşlər ömrün uzanmasına təsir edir, qocalma prosesini ləngidir.

Hər halda, London Universitet Kollecinin bir qrup tədqiqatçısı 50 yaşdan 90 yaşa kimi 7304 nəfərin həyatını analiz etdikdən sonra bu qənaətə gəlib ki, yaxınları ilə ünsiyyətə üstünlük verənlərin sağlamlığı daha möhkəm olur.

Tədqiqat nəticəsində o da məlum olub ki, özünü gümrah hiss edən insanların 73%-dən çoxu həftədə azı bir dəfə dostları ilə görüşür, muzeylərə, teatrlara, kilsələrə, idman zallarına gedir və ictimai təşkilatlarda fəaliyyət göstərirlər.

Nəticədə həmin insanların səhhəti pisləşmir, əksinə həyat onlara daha çox sevinc bəxş edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir