valideyn

Azərbaycanda övladlığa vermə qaydaları dəyişdirilir

Baxış sayı: 1. 174

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün onlara dəstək olunacaq.

«Gencaile.az» xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusundakı mətbuat konfransında deyib.

S.Qocayev bildirib ki, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin Fərmanına əsasən, bu sahədə bir çox səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib:

“Övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə övladlığagötürmə sahəsində dövlət siyasəti və məhz nazirlik tərəfindən icra ediləcək. Nazirliyə verilən səlahiyyətlərlə bağlı İşçi qrupu yaradılıb. Hazırda övladlığa görtürmə ilə bağlı məşğul olan dövlət qurumları ilə görüş keçirib, beynəlxalq şirkətlərlə də danışıqlar aparılır. Məqsəd övladlığa götürmədə şəffaf xidmətin yaradılması, hər bir uşağın ilk növbədə ailələrinə qaytarılmasıdır. Ailələrə qaytarılma mümkün olmayanda uşaqların övladlığa verilməsi üçün addımlar atılacaq”.

Azərbaycanda övladlığa vermə qaydaları dəyişdirilir- şöbə müdiri

Şöbə müdiri bildirib ki, övladlığa götürmə ilə bağlı qanunvericilik bazasında dəyişiklik ediləcək:

“Hazırda övladlığa götürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı – Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. Fərmana əsasən, nazirlikdə alt sistem yaradılacaq. Çünki hazırkı durumda hər üç qurumun özünün avtonom bazası var idi. Yeni alt sistem bütün orqanlar üzrə vahid uçot aparacaq. Həm övladlığa götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq. İyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur. Ailə Məcəlləsinə də təkliflər hazırlanır, bu işlərin icrası üçün vahid qərar paketi Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir”.

valideyn

Şöbə müdiri bildirib ki, bundan sonra övladlığa verilənə nəzarət, övladlığa götürmə ilə bağlı qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olacaq:

“Növbəsi çatan valideynin uşaq seçməsindən fərqli olaraq valideyn olmağa uyğunluğu müəyyənləşdiriləcək. Eyni zamanda, uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün valideynlərin bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir