“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsindən daha bir maraqlı yenilik gözlənilir.
Məlumata görə sosial şəbəkə indiyədək istifadəçilərin daha çox kimin səhifəsinə və profilinə baxdığını açıqlayacaq. Bu informasiya ilk 10-luğun reytinqi şəklində olacaq. Faktı şəbəkənin idarə heyətinə yaxın olan mənbə təsdiqləyib.
Ancaq psixoloqlar bu məlumatın narazılıqlar yaradacağını, xüsusilə ailədaxili münaqişələrə səbəb ola biləcəyini bildirir: “Məhz bu potensial problemlərə görə həmin məlumatların ictimailəşdirilməsi doğru deyil, Facebook-un da buna getməyəcəyini düşünürəm” – deyə psixoloq Martin Ferdinand vəziyyəti şərh edib.