vitamin

Qocalmağa qoymayan vitaminlər

Baxış sayı: 1. 268

A və E vitaminləri gənclik vitaminləri hesab olunur. Xüsusilə də, qışın ortalarında və yazın başlanğıcında orqanizmin bu vitaminlərə olan tələbatı artır və bu vitaminlərin çatışmazlığı səhhətimizdə öz izini buraxır.

A və E vitaminlərinin çatışmazlığı nəticəsində dəridə quruluq, dartınma artır, saçqıranlar çoxalır, dırnaqlar möhkəmliyini itirir və daha tez qırılır.

Yaşlı insanlarda ürək problemləri olur, hətta cavanlarda da əsəb xəstəliklərinə daha çox rast gəlinir, əhvalın tez-tez dəyişməsi, gündüz saatlarında yuxululuq, qəmginlik özünü göstərir, iş qabiliyyəti aşağı düşür.

Qeyd edək ki, vitamin A – retinol görmə qabiliyyətinin sağlamlığı üçün əvəzsizdir. A vitaminin qəbulu, xüsusən də günün çox hissəsini kompüter qarşısında keçirənlərə lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir