aspirin

Aspirin xərçəngin dərmanı ola bilər – İLGİNC ARAŞDIRMA

Baxış sayı: 1. 194

Baş və boyun xərçəngindən əziyyət çəkən xəstələrin üçdə biri PIK3CA mutasiyası daşıyıcılarıdırlar. PIK3CA adı verilən zədəli genlər digər xərçəng növlərində də var. Araşdırmalara görə, mütəmadi aspirin və ya ibuprofen istifadəsi, bu pozulmuş olan genə təsir edərək, baş və boyun xərçəngindən ölüm riskini 78 faiz azaldır.

“Gencaile.az” Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmaçılar 5 il boyunca baş və boyun xərçəngindən əziyyət çəkən xəstələrin həyatda qalma faizlərini nəzərdən keçiriblər. Yekun qərara əsasən, aspirin və ibuprofen kimi steroid olmayan anti-enflamatuar dərmanların günlük istifadəsinin baş və boyun xərçəngi xəstələrinin üçdə birindən daha çoxuna faydalı olduğu qənaətinə gəlinib. Bu xəstələrin hər birində PIK3CA mutasiya hormonu aşkar edilib.

Şişləri əməliyyatla götürülmüş 266 xəstədən 73 faizinin aspirindən istifadə etdiyi aşkar edilib. Aspirindən istifadə etməyən digər xəstələrə isə, 6 ay ərzində bu dərman yazılıb və onlarda da sağalma şansının yüksəldiyi araşdırmalar əsnasında bəlli olub.

Araşdırmaçılar aparılan işlərin hələlik başlanğıc mərhələdə olduğunu və bu yöntəmin müalicə vasitəsinə dönməsi üçün daha çox kliniki testə ehtiyac olduğunu bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir