sud

Süd daşarkən nə etməli?

Baxış sayı: 1. 237

Süd bişirəndə onun daşması tez-tez rast gəlinən haldır. Xüsusən də qadın unutqandırsa… Bu zaman həm süddən itki olur, həm də soba kirlənir. Bəs bu problemlə qarşılaşmamaq üçün nə etmək lazımdır?

“Gencaile.az” qaynayan südün daşmasının qarşısını alan sadə üsulları təqdim edir.

Image result for süd daşması

Məlum olduğu kimi, süd qaynamağa başlayanda onun hissəcikləri sürətlə yuxarıya doğru yüksəlməyə başlayır. Qaynama nöqtəsini dəyişə bilmərik, amma kərə yağı ilə süd hissəciklərinin özündən qatı bir təbəqə ilə qarşılaşmasını təmin edə bilərik. Yəni südü oda qoyandan sonra qazanın ağzını kərə yağı ilə yağlasanız, bu, südün daşmasının qarşısını alar.

Süd daşmasının qarşısının almağın ən klassik yolu qazana taxta qaşıq qoymaqdır. Bu üsul əslində çox istifadə edilən və təhlükəsiz qəbul edilən yoldur. Daşma qazanın ortasından qaynama ilə başladığı üçün taxta qaşığı qazanın ortasına qoyanda südün daşmasına mane olur.

Digər üsul isə qazanın içinə şüşə qab qoymaqdır. İstiyə davamlı şüşə stəkan südü daşırmaz. Çünki qaynama zamanı şüşədən gələn səslər sizin sobaya baxmanıza səbəb olacaq və daşma riskini aradan qaldıracaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir