qidalar

“Ultra-emal olunmuş qidalar sağlamlıq üçün nə qədər təhlükəlidir?

Baxış sayı: 1. 230

Amerika Tibbi Assosiasiyasına məxsus “Jama İnternal Medicine” jurnalı fransızların ultra-emal olunmuş qidaların sağlamlığa təsiri ilə bağlı tədqiqatının nəticələrini açıqlayıb.

“Le Monde” qəzetinin həmin jurnala istinadən verdiyi məlumata görə, Paris XIII universitetinin, Milli səhiyyə və tibb araşdırmaları institutunun (İNSERM), Milli aqronomik araşdırmalar institutunun (İNRA) və Milli tibbi sığorta fondunun (CNAM) alimlərinin daxil olduğu EREN adlı tədiqatçı qrup 2009-cu ildən başlayaraq 44551 insanın məlumatlarını təhlil edib.

Onların hamısı 45 yaşdan yuxarı olublar (73%-ini qadınlar təşkil edib). Həmin şəxslər onlayn formada sutka ərzində müntəzəm təkrarlanan yeməkləri və içmələri barədə məlumat verməli imişlər.

Məlum olub ki, ultra-emal olunmuş qida ərzaqları həmin adamların istehlakının 14%-ni və ümumi kalorilərinin 29%-ni təşkil edib. 7 ildən sonra 609 şəxs ölüb. Onlardan 219-u xərçəngdən dünyasını dəyişib.

Daha sonra bu məlumatlar bir daha yenidən təhlil olunub. Nəticə: ultraprosesləşdirilmiş ərzaqların qida rasionundakı payının 10% artması nəticəsində ölüm halları 14% artıb.

“Artıq ultra-emal olunmuş qidalarla sağlamlıq üçün doğan risklər arasında əlaqələr daha çox aşkarlanır,”-deyə EREN direktoru, tibb elmləri doktoru Matilda Tuvye “Le Monde”a söyləyib.

“Son zamanlrda bu cür ərzaqlar mağaza rəflərinə o dərəcədə daxil olublar ki, onlar artıq yemək rasionumuzun 50%-ni belə təşkil etməyə başlayıblar. Bu kateqoriya geniş spektrə malik olub, hazır yeməklərdən, şirniyyatlardan tutmuş istənilən aromatlaşdırılmış və rəng vurulmuş, yəni sənaye prosesindən keçən hər ərzağı özündə birləşdirir.

“Məlum olub ki, ultra-emal qidaları ən çox aşağı gəlirli və təhsilli şəxslər, habelə təkbaşına yaşayan, fiziki aktivliyi az olan və orta göstəricilərdən artıq çəkiyə malik insanlar qəbul edir”,-deyə yazıda bildirilir.

Məqalədə Avropada icazə verilən qida əlavələrinin sayının 338 olduğu göstərilib.

“Fransa parlamentinin Sənaye qida ərzaqları üzrə komitəsi isə 2025-ci ilə qədər onların sayının 48-ə endirilməsini məsləhət görüb. Bunlardan dioksid titan kimi bəzi əlavələr Beynəxalq xərçəngin öyrənilməsi agentliyi tərəfindən kanserogen maddə olaraq təsbit edilib”-deyə yazının sonunda qeyd olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir