Dünyada ən gözəl adaların reytinqi tərtib olunub. “Gencaile.az”-ın xarici mediaya istinadən məlumatına görə, siyahıda yer alan adalara səfər edəcək turistləri dünyanın ən yaxşı çimərlikləri, möhtəşəm mənzərələr gözləyir.
Santorini, Yunanıstan
Santorinidə yatmış vulkanlar var. Bu üzdən də burada qara çimərliklərə rast gəlmək olar.
Pxi-Pxi, Tayland
Söhbət altı adadan ibarət Pxi-Pxi arxipelaqından gedir. Bu yer baş rolda Leonardo Di Kaprionun çəkildiyi “Çimərlik” (The Beach) filmindən sonra məşhurlaşıb.
Fici adaları
Fici adalarını paparatsilərin əlindən qaçan məşhurlar daha çox seçir.
Mavrikiy
Ağ çimərliklər və mavi rəngli su olduqca romantik mühit yaradır. Adanı korall riflər əhatə edir.
Bali, İndoneziya
Balidə çox sayda əyləncə var: serfinq, çoxsaylı məbədlərə ziyarət və s.
Maui, Havay adaları, ABŞ
Havay adaları qızılı çimərliklər və bambuk meşələri ilə məşhurdur.
Yamayka
Burada turistlər gözəl çimərliklərdə istirahət etməklə yanaşı paytaxt Kinqstonun zəngin mədəni həyatı ilə tanış ola bilərlər.
Bora-Bora, Fransız Polineziyası
Dayverlərin sevdiyi yerlərdən biridir. Burada palma meşələri də var.
Maldiv adaları
Hind okeanının mərkəzində yerləşir, mindən çox adalardan ibarət yerdir. İstirahət üçün ən yaxşı vaxt noyabrdan may ayınadək sayılır.
Seyşel adaları
Bir çox cütlüklər Seyşel adalarını toy mərasimləri və bal ayı üçün seçir.