ef0620

Yaxşı ata seçməyin 8 yolu

Baxış sayı: 2. 369

Sevdiyiniz insan yaxşı sevgili və yaxud yaxşı ər ola bilər.  Ancaq atalıq heç də hamının öhdəsindən asanlıqla gəldiyi bir iş deyil. Beləliklə, sevgilinizi yoxlamaq üçün ən yaxşı 8 yolu təqdim edirik:

 

1. Əmisi, dayısı uşaqlarının şəkillərini Facebookda paylaşırsa, demək ata olmağa tələsir.

2. O, uşaqları sevir, uşaqlar da onu. Deməli, özünü uşaqlara sevdirməklə bağlı problemi yoxdur.

3. Ailənizin kiçik üzvləri ilə parka, kinoteatra getməkdən zövq alırsa, onlarla daha yaxından tanış olmaq və oyun oynamaqdan bezmirsə, demək ki, ən yaxşı ata namizədini tapmısınız!

4. Ətrafdakı mühitə tez öyrəşən, ortaya çıxan hər hansı problemi həll etmək üçün tələsik alternativ plan quran insan eyni şeyləri uşağına görə də sevə-sevə edər, əmin olun.

valideyn

5. Dostları ilə pivə içməkdənsə, sizinlə evdə vaxt keçirir. Daha nə istəmək olar? Bu da sizə ailəcanlı ata!

6. Sevgilinizin gözəgirən, pis vərdişi yoxdursa, işiniz asandır. Yoxsa əsəbi ata ilə uşaqlar arasında çox yorularsınız.

7. Səbirli, nizamlı və sizi sevən sevgiliniz varsa, bəxtiniz gətirib. Gələcəkdə uşaqlarınız biləcək ki, necə olur-olsun ataları hər zaman yanlarında olacaq.

8. Sevgiliniz, yaxud nişanlınızla birlikdə bir iş görəndə, işin neçə faizinin onun, neçə faizinin sizin payınıza düşməsinə diqqət yetirin. Gördüyünüz işdə necə fəaldırsa, uşaq böyütməkdə də elə olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir