masin

Xarici nömrəli maşın sürənlər məsuliyyətdən necə yayınır?

Baxış sayı: 1. 508

Qayda pozmağa meyilli olan sürücülər buna da əl atdılar. Fins.az xəbər verir ki, son günlər əcnəbi ölkələrə məxsus avtomobillər Bakıda qaydaları tez-tez pozur. Belə hallara ən çox Gürcüstana məxsus dövlət nömrə nişanlı avtomobillərin sürücülərində rast gəlinir.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, belə sürücülərin qayda pozuntuları kameralara və ya radara düşür. Amma onlar heç bir cərimə ödəmədən bundan çıxış yolu tapırlar. Ekspert bu sürücülərin çoxunun elə Azərbaycan vətəndaşları olduqlarını deyir. Cərimə məbləği artanda həmin sürücülər təkrar Gürcüstana qayıdıb müəyyən məbləğ ödəməklə avtomobilin nömrəsini dəyişərək yenidən Azərbaycana gəlirlər. Elməddin Muradlı deyir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları belə faktların qarşısını almaq məqsədilə xarici ölkələrə məxsus dövlət nömrə nişanlı avtomobilləri görərkən saxlayıb onların cəriməsinin olub-olmadığını yoxlayırlar. Əgər cəriməsi yoxdursa, nəqliyyat vasitəsinin ban və şassi nömrələrini mərkəzi məlumat sistemində yoxlamaqla əvvəlki cərimələrini də üzə çıxarmaq mümkündür. Hətta son günlər onlarla belə avtomobil saxlanılıb və məlum olub ki, onların əksəriyyəti bir neçə dəfə Gürcüstanda dövlət qeydiyyat nişanını dəyişib. Yol patrul xidmətinin əməkdaşları həmin avtomobilləri cərimə meydançasına aparır və cərimələri ödədikdən sonra sürücülər nəqliyyat vasitələrini götürə bilirlər.

Картинки по запросу Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı

Ekspert təklif edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi sistemi Dövlət Gömrük Komitəsinin keçid məntəqələrinə inteqrasiya edilsin. Belə olduqda heç bir xarici ölkəyə məxsus avtomobilin sürücüsü cərimə ödənişindən yayına bilməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir