Dişlərə yapışan yumşaq bakteriya təbəqəsinə diş valı deyilir. Onlar tüpürcəkdə olan minerallar ilə birləşərək sərtləşir və qalın təbəqə əmələ gətirir.
“Gencaile.az” oxucuları diş daşlarını ev şəraitində təbii üsullarla təmizləməyin yolları ilə tanış edir.
Qoz
İnqrediyentlər:
40 qram qoz qabığı
1 stəkan su
Qoz qabığı antibakterial xüsusiyyəti sayəsində dişləri daşlardan təmizləmək üçün ən təsirli vasitədir. Qoz qabığını bir stəkan suya töküb 20 dəqiqə bişirin. Sonra götürüb soyumasını gözləyin. Dişinizi bu su ilə fırçalayıb 10 dəqiqə saxlayın, sonra su ilə yaxalayın. Gündə 3 dəfə tətbiq etsəniz, qısa müddətdə effektini görəcəksiniz.
Karbonat
İnqrediyentlər:
1 çay qaşığı karbonat
1 çimdik duz
Karbonat da qoz qabığı kimi, antibakterial xüsusiyyətlərə malikdir. Eyni zamanda dişləri ağardıcı təsirə malik olan soda ağız içi pH səviyyəsini balanslaşdırır. Odur ki, karbonat və duzu qarışdırıb dişləri onunla fırçalayın. Bu üsulu bir gündən bir tətbiq etmək olar.
Limonlu su
İnqrediyentlər:
1 çay qaşığı limon suyu
Limon tərkibindəki turşular sayəsində antibakterial təsir göstərir. Nəticə etibarı ilə diş daşlarının aradan qaldırılmasına yardım edir. Dişləri fırçaladıqdan sonra limonlu su ilə yaxalayın. Bir dəqiqədən sonra ağzınızı yaxalayın.
Əzvay bitkisi
İnqrediyentlər:
1 çay qaşığı əzvay geli
4 çay qaşığı bitki mənşəli qliserin
4-5 qaşıq karbonat
10 damcı limon su
1 stəkan su
Aloe vera bakteriyaların yaratdığı sərbəst radikalları uzaqlaşdıraraq dişlərin və diş ətlərinin yaxşılaşmasına təsir edən faydalı antioksidantlar ehtiva edir. Limon və qliserin isə diş daşlarını əmələ gətirən bakteriyaların xilas olmaq üçün mükəmməl antimikrobiat maddədir.
Bütün inqrediyentləri qarışdırıb məcun hazırlayın. Məcunla dişləri fırçalayıb ağzınızı yaxalayın. Daşlar yox olana qədər 3-4 dəfə təkrar edin.
Portağal qabığı
Portağal qabığını soyub blenderdən keçirib məcun halına gətirin və dişlərə çəkin. 1-2 dəqiqə dişlərdə qaldıqdan sonra su ilə yaxalayın. Bunu həftədə 2-3 dəfə tətbiq edin. Portağal qabığı ağızda olan mikroblarla mübarizəni gücləndirir.
Çiyələk
İnqrediyentlər:
Bir ədəd kiçik pomidor
Çiyələk
Pomidor və çiyələyi blenderdən keçirib xəmir halına salın. Bu xəmiri dişlərə çəkib beş dəqiqə saxlayın. Ağzınızı su ilə yaxalayın. Həftədə iki dəfə təkrar edin.
Küncüt
İnqrediyentlər:
1 yemək qaşığı küncüt
Bir xörək qaşığı küncütü çeynəyin, amma udmayın. Sonra quru fırça ilə dişləri fırçalayın. Həftədə iki dəfə həyata keçirin. Küncütün təbii pilinq təsiri sayəsində dişlər təmizlənəcək.
Rozmarin
2-3 damcı rozmarin yağını bir qaşıq su və ya zeytun yağı ilə qarışdırın. Bu qarışığı ağızda 10 dəqiqə saxlayıb yaxalayın. Tüpürüb hər zamankı kimi dişləri fırçalayın. Qarışığı udmaq və ya qarqara etmək olmaz. Gündə iki dəfə tətbiq etmək olar.
Pendir
Pendir diş daşlarına səbəb olan turşunu aradan qaldıraraq qələvi ifrazını təmin edir. Dişləriniz ətrafında qoruyucu təbəqə nəticəsində diş daşlarının dişlərə zərər verməsinin qarşısını alır.