makiyaj

Yağlı dəriyə makiyaj necə edilməlidir?

Baxış sayı: 1. 453

Yağlı dəriyə sahib olanlar yaxşı bilir: Səhər edilən makiyaj, günortaya doğru parlamağa və axmağa başlayır. Xüsusilə, göz kölgəsi istidə etmişsəniz göz qapaqlarında yığılır. Necə yani, yağlı dəriyə makiyaj etməyəcəksiniz? ‘Qadin.birinde.az’ qrupunun təqdim etdiyi təkliflərlə siz də dərinizin parlamasının qarşısını alan qalıcı makiyaj edə bilərsiniz.

 

Yağ tarazlayıcı təmizləmə məhsul istifadə etmək

Makiyaj etmədən əvvəl dərinizi təmizləyin. Tərkibində yağ balans xüsusiyyəti olan köpüklər və toniklər istifadə edin. Parlamağı önləmək üçün həftədə iki dəfə gil maskası etməyi unutmayın. Bu üzünüzdəki parlamağı aradan qaldıracaq.

 

Xiyar suyu ilə nəm tarazlığını təmin edin

Dərinizi təmizlədikdən sonra parlamasından qorxduğunuz bölgələrə xiyar suyu sürtün və qurumasını gözləyin. Xiyarın tərkibi sayəsində dərinizdəki çox yağlılıq çəkiləcək. Daha sonra makiyajınıza keçin.

 

Yağlı dəriyə uyğun məhsullar seçin

Yağlı dərilərə makiyaj edərkən diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli nöqtə, məhsulların tərkibləridir. Dəri quruluşunuza uyğun kosmetik məhsullar, yağlanmanı azaldar və parlamağın qarşısını alar. Göz kölgəsi və ənlik kimi məhsullar istifadə edərkən, yağ əsaslı olmamalarına diqqət göstərin.

 

Əvvəl su əsaslı nəmlədirici istifadə edin

Tonlaşdırıcı kremə keçmədən əvvəl dərinizə su əsaslı bir nəmləndirici tətbiq edin. Bunu edərək, gün boyu dərinizin parlamasını minimuma endirəcək.

 

Günəşdən qorunmanı mütləq edin

Dərinizi günəşə qarşı qoruyun. Tərlədiyinizdə dərinizin yağlanmaması üçün nəmləndiricilərin üzərinə yüksək qoruma faktorlu bir günəş kremi tətbiq edin.

 

Yağlı dəriyə xüsusi pudra seçin

Tonal Krem və pudra seçiminizi edərkən, yağ çəkici olanları və parlamağa qarşı xüsusi olanları seçim edin.

 

Tonal kremi fırçayla tətbiq edin

Tonal kremini əsla əllərinizlə tətbiq etməyin. Bu əlinizdə bakteriyaların üzünüzə keçməsini və dərinizin zərər görməsini təmin edər. Bunun üçün mütləq fırça istifadə edin.

 

Yağ çəkici dəsmalları seçim edin

Dərinizin yağlandığını hiss etdiyiniz anda yağlı dərilər üçün xüsusi olaraq çıxarılan dəsmallarla faydalana bilərsiniz. Makiyajınızı pozmadan parlama olan bölgələri bu dəsmalla silə və daha mat bir görünüşə qovuşa bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir