kisi

Sizi uğura aparacaq 9 vərdiş

Baxış sayı: 1. 531

Uğurlu insan olmaqdan əvvəl, uğurlu vərdişləri əldə etməlisiniz.. Bu məqalədə sizi uğura aparan vərdişləri biləcəksiniz. Beləliklə, bu 9 vərdişi sizə təqdim edirik

 

Sübh tezdən oyanmaq

Uğurlu insanlar, adətən, sübhdən oyanırlar. Bu çox önəmlidir, səhərin sirrini və insan həyatına təsiri və onun mənasını anlamaq mütləqdir. Bunu dərk edənlər, daha öncələr günün nə qədər uzun və səhər enerjisinin nə qədər önəmli olduğunu bilmədiklərini deyirlər.

 

Kitab oxumaq

Çalışın mənasız zaman keçirmələrinizi yaxşı, həyatı, elmi kitabları oxumaqla əvəz edin, siz istər istəmədən daha da bilikli olacaqsınız. Hər şey özü alınacaq. Mark Tvenin gözəl sözü var: “Kitab oxumuyan insan, oxumağı bilməyən bir kəsin üzərində heç bir üstünlüyə malik deyil”.

 

Çox sadə

Sadələşdirmək – lazımsız şeyləri uzaqlaşdırmaqla, əsas məsələlərə toxunmaqdır. Hər şeyi sadələşdirməyib, çətinə soxsaz, özünüz də çıxa bilməyəcəksiniz. Belə, belə lazımsız şeylərə artıq zaman ayırmamış olacaqsınız. Həmçinin stres və həyacanınız azalacaq. Daha xoşbəxt olacaqsınız.

 

Hərdən sürəti aşağı salın

Hər zaman məşğul olmaq, stres, xaos. Özünüzə sakit bir yer tapın. Sakitləşin və daxili səsinizə qulaq asın. Vacib olan məsələlərə diqqətinizi yönəldin. Əgər səhər sübhdən oyanmaq vərdişini əldə etsəniz, bu zamanı elə dəyərləndirmək olar. Bu sizin zamanınız olacaq, dərindən nəfəs alacaqsınız, sakit düşünə biləcəksiniz, həyatı hiss edəcəksiniz.

 

Məşq

Aktivliyin olmaması insan sağlamlığını dağıdır, məşq onu qoruyur. Məşq etməsəniz, bir gün xəstəliklər sizi yaxalayacaq. Sizin sağlamlığınız sizin nailiyyətinizdir. Məşqi evdən çıxmadan da edə bilərsiz, bunun üçün saytımızda “evdə məşq” axtarışını edə bilərsiz.

 

Gündəlik praktika

İnsan nə qədər çox praktika keçirsə, bir o qədər çox uğurlu olur. Bu təsadüfdirmi? Uğur – praktikanın imkanlar ilə üzləşdiyi yerdir. Bacarığınızı yalnız praktika keçərək ortaya qoya bilərsiz. Praktika həmçinin yetərincə bacarığı sizdə yarada da bilər.

 

Ətraf

Bu ən vacib vərdişdir. Bu vərdiş uğuru sürətləndirəcək. Ətrafınızdakı yaradıcı, uğurlu, idea sahibi insanlar sizi daha da irəli aparacaq. Burada sizlər lazımı məsləhətlər, lazımı dəstək ala biləcəksiniz. Yadınızda saxlayın ətrafınız uğurludursa, siz də istər istəməz uğura doğru gedəcəksiniz.

 

Şükür edin

Bu vərdiş möcüzələr yaradır. Əlinizdə olanlar üçün şükür edin, daha da böyük zirvələrə can atın, çalışın. Həyatda məqsədinizi təyin etsəniz, daha çox imkanlar ilə rastlaşacaqsınız.

 

İnadçı olun

Uolt Disney yalnız 303-cü bankdan Disneylend üçün kredit ala bilmişdi. Edison 10 min uğursuz sınaqdan sonra elektirk lampa yarada bilmişdi və sair və sair… Anladınız?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir