blinçik

Ən gizli və ideal blinçik resepti

Baxış sayı: 1. 842

Bişirməyə alışdığınız Blinçik xəmiri reseptini bir kənara qoyun. Çünki sizə daha dadlı resept təqdim edirik. Bu xəmir rus kulinarlarının hər kəsdən gizlətdiyi reseptdir.

 

Tərkibi:

  • 600 ml su
  • 600 ml süd
  • 1,5 stəkan un
  • 1,5 stəkan kartof nişastası
  • 4 ədəd yumurta
  • 1 ç/q duz
  • 3 x/q kərə yağı
  • 3 x/q şəkər tozu
  • yarım ç/q vanil
  • Картинки по запросу бÐ

Hazırlanması:

Telçırpıcı ilə yumurtaları çalın, yavaş-yavaş üzərinə şəkər tozu, duz və vanil tozu əlavə edin. Qarışdırmağa davam edərək, südüdə tökün. Un və nişastanı da kütlənin üzərinə səpin. Yağı su hamamında əridib, xəmirə tökün. Sonda isə isti su əlavə edib, qarışdırın. Xəmiri 30 dəqiqə ərzində kənara qoyub, gözlədin. Sonra isti tavaya 1 kiçik çömçə qədərində əlavə edin. Xəmiri tavanın dibinə hər tərəfli yayın. Hər iki tərəfini bişirib, üst-üstə yığın. İstədiyiniz içlik seçib, süfrəyə verin. Ertəsi gün hər kəs sizin ideal blinçiklərinizdən danışsın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir