QADIN

Sirr saxlaya bilməyən sirli varlıqlar

Baxış sayı: 1. 305

Kişilərlə qadınlar arasında nə qədər yaxın münasibətlər olsa da, birincilər ikincilər haqqında heç də hər şeyi bilmirlər. Çox zaman kişilər qadınları özlərindən zəif və iradəsiz sayırlar. Ancaq bu, heç də belə deyil. Onlar da güclüdürlər. Sadəcə, kişilərdən fərqli olaraq zərif güclü. Maraqlıdır, əks qütblər arasında hansı fərqlər var?

Dünyanın, demək olar ki, əksər ölkələrində qadınların ömrü kişilərin ömründən uzundur.

Hər 90 saniyədən bir dünyada bir qadın hamiləliyi dövründə və ya doğuş zamanı dünyasını dəyişir.

Qadınların ürəyi kişilərin ürəyi ilə müqayisədə 20 faiz kiçikdir. Amma bu, o demək deyil ki, onlar “ürəksiz”dirlər.

Qadınların musiqi duyumu kişilərə nisbətən daha güclüdür. Amma buna baxmayaraq, onların arasından nə Üzeyir Hacıbəyli, nə də Bethoven kimi dahilər çıxmayıb.

Qadınlar orta hesabla gün ərzində 20 min söz ifadə edirlər. Bu kişilərə nisbətən 13 min dəfə çoxdur.

Qadınlar öz ömrünün təxminən 1 ilini paltar seçiminə həsr edirlər. Kişilər bu məsələdə daha operativdirlər.

Dünyada ən çoxuşaqlı ana rus kəndlisi Fyodr Vasilyevin həyat yoldaşıdır. O dünyaya 69 uşaq gətirib. Düzdür, 69 uşaq doğmaq çox çətin bir məsələdir. Amma 69 uşağa baxan atanın işi daha çətindir.

Elmi cəhətdən sübut olunub ki, qadınların beyni kişilərin beynindən 10 faiz kiçikdir. Burada heç bir “şərh”ə ehtiyac yoxdur.
Qadınlar ömürlərinin təxminən 4 saatını güzgünün qarşısında keçirirlər. Bu rəqəm işi-gücü güzgülənmək olan xanımlara aid deyil.

Dünyada sirr olmayan bəlli bir məsələ var ki, qadınlara sirr vermək olmaz. Çünki qadınlar onlara etibar olunan sirri maksimum 47 saat saxlaya bilirlər. Təbii ki, bu bütün xanımlara şamil olunmur. “Dəmir ledilər” də var – Qolda Meir, Marqaret Tetçer, Angela Merkel, Tereza Mey kimi…

Qadınlar alış-veriş etməyi daha çox sevirlər. Bu həyatda yeganə sahədir ki, xanımlar bu sahəni “tam nəzarətə” götürməyi bacarıblar.

Dodaq boyasından istifadə edən qadınlar yaşadıqları ömür boyu 2-3 kiloqram bu kosmetik vasitəni yeməyə məhkumdurlar.
Dünyada ən çox danışan qadın amerikalı komediya aktrisası Fran Kerodur. O, bir dəqiqə ərzində 538 söz tələffüz edə bilir.
Kişilər üçün mobil telefon işlərinin yerinə yetirilməsində qısa və konkret danışmaq üçün rabitə vasitəsidir. Qadınlar üçün isə mobil telefon müxtəlif mövzuları saatlarla müzakirə etmək üçün simsiz əlaqədir.

Dünyanın 20 ən varlı qadınandan 19-u atalarının və həyat yoldaşlarının hesabına bu titulu qazanıblar.

Söhbət zamanı qadınlar tez-tez “hə” deyirsə, bu heç də o demək deyil ki, o sizi dərk edir. Bu təsdiq ifadəsi ilə xanımlar bildirmək istəyirlər ki, onlar sadəcə sizə qulaq asırlar. Odur ki, qadınlarla söhbət edəndə çox da dərinə getmək bir çox hallarda tam mənasız bir məsələdir.

Qadınlar haqqında bütün bildiklərimiz və bilmədiklərimizdən asılı olmayaraq onları sevmək, dünyanın ən böyük sevgilərini, gözəlliklərini bizlərə bəxş edən zərif güclülərə hörmətlə yanaşmaq kişilərin ən azı kişilik borcudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir