Sağlamlığa zərərli olan siqaretdən çox istifadə bəlğəm və xroniki öskürəyə də səbəb olur.
Siqaret istifadəçilərini gecə-gündüz narahat edən kəsik-kəsik öskürəyin qarşısını almaq üçün təbii həll yolu təqdim edirik.
Hər birimizin bildiyi əmənkömənci otu bu işdə sizə kömək edəcək. Bir çay qaşığı qurudulmuş əmənkömənci çiçəyi üzərinə 1 stəkan soyuq su əlavə edin, 8 saat saxladıqdan sonra süzüb için. Axşamlar hazırladığınız bu qarışımı səhər oyandığınızda içsəniz, bəlğəmin aparılması və öskürəyin azalması üçün çox effektli olacaq.
Yaxud bir stəkan təzə qaynadılmış suyun içinə bir çay qaşığı qurudulmuş əmənkömənci yarpağı əlavə edib ağzını bağlayın, 15 dəqiqə dəmləndikdən sonra için.