burun

Burun əməliyyatı etdirənlər, bunları yeməyin!

Baxış sayı: 1. 519

Rinoplastika mütəxəssisi, türkiyəli həkim Bülent Koç burun əməliyyatından sonra yeyilməsi qadağan olan qidalar haqda məlumat verib. Çox acı, ədviyyatlı və turş qidaların yeyilməməyini məsləhət görən həkim deyib ki, qida çənəni çox açmağa və çeynəyərkən çətinlik çəkməyə imkan verməyəcək qədər yumşaq olmalıdır.

Plastik cərrah burun əməliyyatı etdirənlərin əməliyyatdan sonra sərin, yumşaq və sevdikləri qidaları yeməklərini faydalı hesab edir.

 

“Gencaile.az” plastik estetik cərrahın bu məsələyə dair tövsiyələrini təqdim edir.

Yemək zamanı süfrədə mütləq protein tərkibli qidalar olmalıdır. Əməliyyatdan sonra mədə-bağırsaq sisteminin yaxşı çalışması üçün lifi qidalar yemək lazımdır. Beləcə, bulantı, qusma kimi şikayətlər olmadığı üçün şişkinliklər də daha az olacaq və daha tez çəkiləcək.

Xüsusilə isti və acı qidalar yemək olmaz. Çünki bu qidalar qan damarını genişləndirərək şişkinlik və göyərmə kimi sıxıntıları artırır. Yay aylarında əməliyyat olunanların isə bol maye qəbul etməsi və çox duz istifadə etməmələri məsləhətdir.

Bunlarla yanaşı, qatı və sərt qidalar yeməyin, yaşıl alma, armud kimi sərt meyvələrdən uzaq durun. Dişlənməsi və çeynənməsi çətin olan qidalar qatı qidalardır. Qatı qidaları uzun müddət çeynəmək lazımdır. Duru,  ilıq qidalarla qidalanın. Çox soyuq və çox isti qidalardan uzaq durun. Çox acı, turş və ədviyyatlı qidalar (limon, yaşıl alma, kivi və s.) yeməyin. Yaranın tez sağalması üçün bol tərəvəz, meyvə və proteinlə bol qidalanın. Süd, pendir, qatıq, yumurta yeyin. Ətli, tərəvəzli şorbanı blendrdan keçirin. İki həftə müddətində çox bitki çayı və ən əsası yaşıl çay içməyin. Bu, qanamanı artırır. Bol ilıq su için. Mineral olaraq kalsium çox qəbul edin.

Gündə 1 dəfə gecə yatarkən E vitamini və Omega 3 istifadəsi məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir