Hər birimizin yalan söyləmək üçün öz həqiqətləri var. Qarşınızdakı insanın davamlı yalanlarından bezmisiniz? Yaxud sizə yalan danışıb-danışmadığını bilmək istəyirsiniz?
“Gencaile.az” bürclərin yalan danışmaq tərzlərini, həmçinin səbəblərini təqdim edir.
Qoç
Bu bürc altında doğulanlar olduqca vicdanlı insanlardır. Odur ki, nadir hallarda yalan danışırlar. Buna səbəb dostlarına, doğmalarına yardım etməkdir. Qoç yalnız o vaxt yalan danışır ki, həqiqət ölümcül zəhər kimi açı olsun.
Buğa
Buğa yalan danışanda vicdan əzabından boğulr. Odur ki, yalandan həmişə qaçır. Hətta yalan söyləyəndən həmən sonra vəziyyətin üstünü özü açır. Amma onu da qeyd etmək lazımdır ki, buğanın nadir zamanlarda söylədiyi yalan olduqca peşakar səviyyədə olur.
Əkizlər
Bu bürc qədər ikinci qeyri-səmimi xarakteri insanlar yoxdur. Onlar hər yerdə və həmişə yalan söyləyirlər. Hətta işə geciksələr belə heç vaxt boyunlarına almır, müxtəlif bəhanəlır tapırlar. Bu bürcə hətta ən doğma olan isanlar onun həqiqətin söylədiyindən əmin olmurlar.
Xərçəng
Bu insanlar təhlükə bahasına olsa da, həqiqətlərindən dönmürlər. Odur ki, onlara yalan söyləyən doğmalarını da bağışlamırlar.
Şir
Bu bürc altında doğulan insanlar aktyor təbiətlidirlər. Odur ki, yalan söyləmək su içmək kimi rahatdır.Amma biznes kimi qlobal məsələlərdə şir həmişə vicdanlı və dürüstdür.
Qız
Bu bürc sanki dünyanı mükəmməlləşdirmək üçün yaşayır. Müdrik Qız vəziyyəti yüngülləşdirmək gərəkərsə, düşünmədən yalan söyləyə bilər.
Tərəzi
Tərəzilər çox hiyləgər bürcdür. Odur ki, yeri gələndə çox incə şəkildə yalan danışa bilir. Amma bir şərtlə ki, söylədiyi yalandan heç kimə zərər gəlməsin.
Əqrəb
Bu bürc ətrafındakı insanları çox mükəmməl şəkildə idarə edir. Məharət və xüsusi intonasiya ilə yalan söyləyir. Əgər düşmənini yalanla məhv etmək mümkündürsə, əqrəb düşünmədən bu yola da əl atır.
Oxatan
Yupiterin idarə etdiyi bu bürc yalan danışmağı sevmir. Olduqca dəqiq və dürüst insandır. Ürəklərində yalan adlı daş gəzdirməmək üçün həqiqətə üz tuturlar.
Oğlaq
Bu bürc altında doğulanlar məqsədyönümlü və karyeraya meylli olurlar. Bəzən ali məqsədə çatmaq üçün yalan söyləyirlər. Tərəf müqabilləri onların yalanlarından heç şübhələnmir. Amma məişət həyatında yalandan qaçırlar.
Dolça
Bu bürcün nümayəndələri hekayələr uydurmağı, qeybət etməyi, hadisələri şişirtməyi sevirlər. Bəzən bu yolla öz dəyərləərini də artırırlar. Amma tezliklə yalanları üzə çıxır.
Balıqlar
Balıqların xüsusi fantaziya qurmaq bacarığı var. Gülməlisi odur ki, özləri də uydurduqları nağıllara inanırlar. Amma yalan söyləməyə nifrət etdikləri üçün bu yola nadir hallarda əl atırlar.