usaq

Həyat yoldaşınız sizi uşağına qısqanırsa…

Baxış sayı: 1. 175

Yəqin ki, başlığı oxuyan kimi “Belə bir şey necə ola bilər?” – deyə düşünəcəksiniz. Bəli, doğrudan da, belə bir şey ola bilər və həyat yoldaşınz sizi uşağınıza qısqana bilər. Əslində yeni gələn körpə evdəki atmosferi dəyişir, hətta demək olar ki, tərəflərin daha da yaxınlaşmasına səbəb olur. Ancaq valideynlərin vaxtaşırı yol verdiyi səhvlər qısqanclıq probleminin baş qaldırmasına səbəb olur. Bəs qısqanclığa səbəb nədir?

 

1) İlk növbədə evdə vəzifələri düzgün yerinə yetirməmək…

Tərəflər valideyn olduqdan sonra əsas vəzifələrini unudur və diqqəti daha çox uşağa verməyə başlayırlar.

2) Uşağa görə həyat yoldaşı ilə mibahisəyə girmək…

Belə hallarda tərəflər bir-birilərinə xoşagəlməz sözlər deyir və ya uşağı səbəb göstərərək qarşı tərəfi ittiham edirlər.

3) Uşağı bəhanə gətirərək qarşı tərəfin tələblərinə cavab verməmək…

Belə hallarda bir tərəf o biri tərəfə vaxt ayırmağa cəhd göstərmir. Bu isə tədricən tərəflər arasında ünsiyyətin azalmasına gətirib çıxarır.

Beləliklə, yuxarıda göstərdiyimiz səbəblərə görə həyat yoldaşınız sizi uşağınıza qısqana bilər. Nəticədə o, valideyn olmamışdan əvvəlki mühiti axtarmağa başlayar və ona olan diqqətin azalmasına uşağının səbəb olduğunu düşünər. Bu, həyat yoldaşınızın valideynlik roluna da mənfi təsir göstərə bilər.

 

Başqa bir məsələ isə əvvəllər həyat yoldaşından istədiyi sevgini görə bilməyən tərəflərlə bağlıdır. Onlar həyat yoldaşlarının uşağa göstərdiyi sevgini gördükcə istər-istəməz həyat yoldaşları tərəfindən qiymətləndirilmədiklərini düşünürlər. Əslində bu, əvvəlki vəziyyətlə müqayisədə daha dəhşətlidir və bu məsələdə mümkün qədər həssas davranmaq lazımdır. Əks halda evdə əmin-amanlıq pozula, tərəflərin istər ailə vəzifələri, istərsə də valideynlik vəzifələri ziyan görə bilər. Bunun qarşısını almaq üçün əsas məsələ nə olursa-olsun, tərəflərin həyat yoldaşı olduqlarını unutmamalarıdır. İstər bir-birilərinə müraciət edərkən, istər bir-birilərinə istəklərini bildirərkən səmimiyyətlərini itirməməli, bir-birilərinə qarşı münasibətlərində həmişə təbii olmalıdırlar.

Uşağın istər maddi, istər mənəvi tələbatları unudulmamalı, ancaq üstünlük yalnız uşağa verilməməlidir. Bundan başqa, uşaqla bağlı mübahisələrə yol verilməməli və tərəflər bir-birilərini incitməməlidirlər. Unutmayın, evdəki mübahisələrə səbəb uşaqlar yox, bizim səhv davranışlarımızdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir