tualet

Uşağı tualetə necə öyrətmək olar?

Baxış sayı: 1. 354

Uşağı tualetə öyrədərkən çox həssas davranmaq lazımdır. Bu, hər şeydən əvvəl onun tualetə daha tez alışmasına səbəb olar. Digər tərəfdən, bu dövrdə valideynin mövqeyi də çox vacibdir. Belə ki, valideyn uşağı tualetə həvəsləndirməli və bu müddəti uzada biləcək problemləri aradan qaldırmalıdır. İndi isə bu barədə daha ətraflı:

– Tualetə öyrətməzdən əvvəl uşaq istər psixi, istərsə də fiziki cəhətdən hazır olmalıdır. Bu, həm onun tualet ehtiyacının olub-olmadığını müəyyənləşdirməsi, həm də əzələlərinə nəzarət etməsi üçün vacibdir. Ancaq bütün bunlara baxmayaraq hər uşağın öz “tualet yaşı” var.

– Uşağın bu prosesə hazır olması nə qədər vacibdirsə, valideynin də bu prosesə hazır olması o qədər vacibdir. Belə ki, valideyn bu müddətdə səbirlə hərəkət etməli və ehtimal edilə biləcək bütün “qəzaları” nəzərə almalıdır. Unutmayın, valideynin hər hansı səhvi prosesin daha da uzanmasına səbəb ola bilər.

– 1-1,5 yaşlarından başlayaraq artıq uşağa tualet fikrini aşılamaq olar. Bunun üçün hər altını dəyişdirəndə uşağınızı tualetə aparın. Tualetini etməsi üçün bir qədər gözləyin. Ya da bir güvəc alın və uşağınızın bu güvəcdə oturmasına icazə verin.

– Uşağınızın tualetə gedəcəyi yer onun zövqünə uyğun olmalıdır. Bundan başqa, uşağın ancaq tualetə gedərkən oynaya biləcəyi bir oyuncaq ala və bu oyuncağı “tualet oyuncağı” adlandıra bilərsiniz.

– İlk vaxtlar uşaq bezini ancaq gündüzlər çıxarmaq lazımdır. Müəyyən bir müddət sonra (təbii ki, uşağın tualetə öyrənməsindən asılı olaraq) bezi gecələr də çıxarmaq olar. Ancaq bu məsələdə ciddi rejimə riayət etməsəniz, uşağınızın fikrini qarışdıra bilərsiniz. Bu da onun tualetə alışmasını çətinləşdirər.

– Uşağı tualetə öyrədərkən onu mükafatlandırmağı da unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir