su

Susuzluğu yatırmaq üçün istifadə edilən ən təhlükəli içkilər

Baxış sayı: 1. 319

Alimlər susuzluğu yatırmaq üçün istifadə edilən ən təhlükəli içkilərin adlarını açıqlayıb. Mütəxəssislər insanların susuzluğu yatırmaq üçün istifadə etdiyi bir çox içkilərin əslində çox ziyanlı olduqlarını aşkar edib. Onlar müəyyən ediblər ki, susuzluğun dəf edilməsində şirin qazlı sulardan istifadə etmək əslində düzgün seçim deyil.

“Çox miqdarda şəkər əlavə edilmiş qazlı sular, habelə paketlərdə qablaşdırılmış şirələr, südlü kokteyllər, pivə və energetik içkilər-bütün bunlar susuzluğun aradan qaldırılmasında istənilən effekti vermir, əksinə xeyrindən çox orqanizmə ziyan vurur. Şirin içkilərin tərkibinə qatılmış şəkər, habelə aromatizatorlar və dadgücləndirici əlavələr sağlamlıq üçün əhəmiyyət kəsb etmir. Ona görə yaxşı olar ki, susuzluğunuzu yatırmaq üçün adi təmiz sudan istifadə edəsiniz”-deyə mütəxəssislər bildiriblər.

Mütəxəssislərin rəyinə görə insanların susuzluqlarını yatırmaq üçün içməyə vərdiş etdikləri ziyanlı içkilər, yalnız müvəqqəti effekt verirlər. Bu içkiləri içdikdən bir qədər sonra onlar əslində yanqılığı şiddətləndirirlər.

“Pivə və digər alkoqollu içkilərə ümumiyyətlə yanqılığı yatıran içkilər kimi baxmaq düzgün deyil. Onlar əksinə daxili su ehtiyatının itirilməsinə səbəb olurlar”-tədqiqatçılar qeyd edirlər.

Adi sudan başqa, məsləhətdir ki, şəkərsiz soyuq çaydan istifadə edilsin. Bundan başqa ev şəraitində hazırlanmış yoqurtdan və kvasdan, habelə kompotlardan istifadə etmək olar. Ev şəraitində hazırlanmış limonadlar da susuzluğu yatırmaq üçün əla vasitədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir