yuxu

Gündüzlər tez-tez yuxulayırsınızsa, deməli… – XƏSTƏLİK XƏBƏRÇİSİ

Baxış sayı: 1. 267

Gündüzlər tez-tez yuxunuzun gəlməsi ciddi bir xəstəliyə tutulmanızdan xəbər verə bilər. Belə ki, keyfiyyətli yuxu insan sağlamlığı üçün əvəzsiz vasitədir.

Lakin keyfiyyətsiz yuxu insanların gün ərzində daim yuxulu halda gəzməsinə, diqqət əskikliyi kimi şikayətlərə, yüksək təzyiq, ürəkdə ritm pozğunluğu, iflic və ya ani gecə ölümlərinə səbəb ola bilər.

Yuxu ilə bağlı əsas problemlərdən biri xorlama və yuxud nəfəs tutulmasıdır. Yuxu pozğunluğu diqqətsizliyə səbəb olur ki, bu da yol qəzalarını 7-8 dəfə artırır və iş qəzalarına səbəb olur.

Bu xəstəlikdən əziyyət çəkənlərin sayı 1-4 faiz arasında dəyişir. Bu çox da böyük rəqəm olmaya bilər. Lakin diabet xəstələrinin 3, astma xəstələrinin 5 faiz sıxlıqda olduğu müəyyən edildikdə, yuxu pozuqluğundan əziyyət çəkənlərin sayı heç də az görünməməlidir.

Yuxu pozğunluğunun başlıca əlamətləri nəfəsin dayanmasıdırsa, sonrakı yerlərdə yuxu zamanı narahatlıq, tərləmə, xorlama, ağız quruması, gecə tez-tez tualetə getmək, nəfəsin kəsilməsi göstərilə bilər. Bununla yanaşı baş ağrısı, unutqanlıq, diqqət pozğunluğu, depressiya, səhərlər yuxudan yorğun oyanma, bütün günü çox yuxulu olma və yorğun hiss etmək isə yuxu pozğunluğu xəstəliyinin əsas əlamətlərindəndir.

Bu xəstəlikdən xilas olmaq üçün həyatınızda bəzi dəyişikliklər etməlisiniz. Məsələn, artıq çəkiniz varsa, arıqlamaqla yuxu pozğunluğunu 50 faiz azalda bilərsiniz. Xüsusən, spirtli içki və yuxu dərmanlarından uzaq durmalı, siqareti tərgitməli, bel üstə yatmamaq da narahatlıqları aradan qaldıra bilərsiniz.

Yuxarı tənəffüs yollarında anadangəlmə darlıq varsa, cərrahi müdaxilə ilə bunu aradan qaldıra bilərsiniz. Əlbəttə, bu qərarı müraciət edəcəyiniz mütəxəssis verməlidir.

Qeyd edək ki, nsan ömrünün 1/3-ni yuxuda keçirməsi elmi baxımdan təsdiqlənib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir