Azərbaycanlı xanımların çox tez-tez hazırladığı peraşki müxtəlif cür hazırlanır. Bu dəfə sizə Sosiskalı, xardallı peraşkinin hazırlanma qaydasını təqdim edəcəyik.
İnqrediyentlər:
0,5 litr kefir
2 yumurta
300 ml. xama
2 xörək qaşığı mayonez
0,5 çay qaşığı soda
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı şəkər tozu
Duz
Un
Sosiska
Xardal
Əridilmiş pendir
Hazırlanma qaydası:
Kefirə soda qatın. Köpükləndikdən sonra digər inqrediyentləri əlavə edib yumşaq xəmir yoğurun. Təqribən 1 kq.-dan artıq un lazım olur. Üzərinə plyonka sərin və 2 saat saxlayın.
Sosiskaları doğrayın, yağda qızardın. Onu qızartmamaq da olar. Lakin qızardanda daha dadlı olur.
Xəmiri kiçik kündələrə bölün, yayın, üzərinə xardal çəkin, pendir dilimi və 1 ədəd sosiska qoyun. Peraşki formasında bağlayın, qızardın.
Nuş olsun!