Türk serialları dünyanı ələ keçirib, onların əsas ulduzları isə böyük pərəstişkar ordusu qazanıb. Ölkəmizdə də türkiyəli aktrisalara maraq yetərincədir. Bu yazıda oxucularımızı gözəlliyi dillərdən düşməyən türk kinematoqrafının ən parlaq aktrisalarının baxım sirləri ilə tanış etmişik.
Məryəm Uzerli
Gözəl aktrisa makiyajda yumşaq rənglərə və bütün açıq çalarlara üstünlük verir. Onun obrazları inanılmaz dərəcədə seksual, eyni zamanda sadə alınır. Nümunə götürməyə dəyər.
Fahriye Evcen
“Çalıquşu” serialının aktrisası mənalı gözlərini məharətlə vurğulayır: o, balaca səliqəli oxlar çəkir, xarici guşələri qəhvəyi kölgələri ilə rəngləyir və kipriklərinə çoxlu tuş vurur. Dodaqları üçün aktrisa təbii rənglər seçir.
Elçin Sanqu
“Kiralık aşk” serialının kürən gözəli sadə makiyajı sevir və üzünün rənglərin hücumuna məruz qalmasına icazə vermir.
Neslihan Atagül
Neslihan Atagül “Kara Sevda” serialında öz parlaq rolu ilə yadda qalıb. Aktrisa qeyri-adi və cəlbedici görkəmə malikdir, amma makiyajı miqdarında istifadə edir, bürünc və qızıl rənglərə üstünlük veririk.
Hande Erçel
Ulduz “Günəşin qızları”, “Aşk Laftan Anlamaz” və “Siyah İnci” kimi seriallarında ekspressiv və eyni zamanda müasir şərq nağılları üslubunda incə obrazlar yaradır. Dumanlı göz makiyajını sevən Hande Erçel uzun kirpikləri ilə məşhurdur.
Demet Özdemir
Demet “Çilek Kokusu” serialdan sonra populyar olub. Aktrisa özü də giləmeyvə kimi ekzotikdir. O, təravətli makiyaj və parlaq aksessuarları sevir. Göz kölgələrinin effektinə ehtiyac dumayan aktrisa gözəlliyini qırmızı dodaq boyaları ilə tamamlayır.