magiya

Qadının magik gücü ilə bağlı MARAQLI FAKTLAR: kişiyə…

Baxış sayı: 1. 338

Qadının bacarıqları sərhədsizdir, onun üçün heç bir maneə yoxdur və o, öz ətrafında istədiyi həyatı yarada bilər. Müvəffəqiyyət qazanması üçün o, özünü, görünüşünü və əlbəttə ki, həyatını sevməlidir, onda onun ətrafında rahatlıq, əminlik hökm sürəcək. Bir qadından yayılan xoşbəxtlik enerjisi qohumlarına və yaxın adamlarına ötürülür, dolayısı ilə dünyaya yayılır.

Qadınların sehri yalnız cəlbedici olmaq qabiliyyətində gizlənməyib. Qadınlar həm də enerjisi və daxili arzusu ilə ətrafına təsir edə bilər. Qadın təbiətlə və onun içində baş verən bütün proseslərlə sıx bağlıdır. Və bu səbəbdən biz ətrafımızdakı dünyaya kişilərdən daha çox təsir edə bilərik. Məsələn, kişi həyatda nə isə əldə etmək üçün hər hansı təşəbbüslə çıxış etməli və əlavə səy göstərməlidir. Qadınlarda belə deyil, bir çox hallarda sadəcə arzulamaq kifayətdir. Çünki bunu magik gücü ilə reallaşdırmaq mümkündür. Onun fəaliyyəti daxiləndir. Məsələn, kişi bahalı bir ev ala bilər, amma onu sevgi, rahatlıq və istiliklə ancaq bir qadın doldura bilər. Kişi nə etməyindən asılı olmayaraq yanında dünya ilə bütünləşə biləcəyi qadın olmasını istəyir. Amma bir qadın çox sadə yollarla kainatla bütünləşə bilər.

Torpaq bəhər verir, həyat bəxş edir və çoxalır. O, heç nədən böyük bir dünya yaradır və bütün dünya ondan doğulur. Qadın da torpaq kimi Yer elementlərinin bir çox xüsusiyyətlərinə malikdir. Əgər istəsə, o, heç nədən də mükəmməllik yarada bilər. Bu, ananızın timsalında çox aydın görünür, elə deyilmi?

Lakin bu, torpağın ona verdiyi yeganə imkan deyil. Bir qadın hər şeyi çoxaltmaq, istədiyi kimi bir maddi dünya yaratmaq qabiliyyətinə malikdir. Qadın istənilən məkanı öz aurası, gözəlliyi və cəzbedici magiyası ilə dolduraraq öz atmosferini yarada bilər. Məhz bu səbəbdə də şən və nikbin qadınlar kişiləri həmişə cəlb edib. Çünki hər kəs belə bir atmosferdə olmaqdan məmnunluq duyur.

Qadın öz sehirli bacarıqlarını həyatın bütün sahələrində tətbiq edə bilər. Hətta adi ev işləri – yumaq, təmizləmək, yemək hazırlamaq kimi məişət qayğıları ilə sehirli işlər yaradırlar. Lakin onun hərəkətlərinin nəticəsi əhvalından asılıdır. Məsələn, yemək bişirən qadın ən sirli xüsusiyyətlərə sahib ola bilər. Yemək enerji ilə dola, xoşbəxtlik yarada, kiməsə şəfalı, başqasına isə zəhər kimi təsir göstərə bilər. Bir sözlə, qadın öz gücü ilə hər şeyi öz mahiyyəti ilə doldura bilər.

Hər bir qadın özündə dörd ünsür daşıyır: Od – ehtiraslı qadın-məşuqə, hava – kraliça, su – uşaq-qız, torpaq – ailə səadətinin qoruyucusu.

“Gencaile.az” “Publika.az”-a istinadən bu dəfə oxucuları qadının magik gücü haqqında maraqlı faktlarla tanış edir.

Hər bir qadın torpaqla sıx bağlıdır, çünki qadına magik gücü məhz Yer verir. Odur ki, çoxlarının təsəvvüründə evdar qadın evi təmizləyən, yemək hazırlayan, paltar ütüləyən, bir sözlə monoton və ağır işlərlə yüklənmiş sahibə və təsərrüfatçı kimi assosiasiya edilir. Lakin evdar qadının rolu daha böyükdür. Sehrbaz anlayışı bu qadının yerinə yetirdiyi işlərə daha uyğun olacaq. Belə bir evdar xanım tamamilə sadə məhsullardan dadlı yemək bişirməyə və ya kişinin yaxasına onu istənilən an bütün pisliklərdən müdafiə edən bir qoruyucu tikməyə qadirdir. Belə gücə sahib olan qadın bir baxışı ilə hər kəsi sarsıda, ya da adi bir toxunuşla hər hansı yaranı sağalda bilər. O, öz ətrafında hər zaman yaxşılıq, sülh, əmin-amanlıq və harmoniya yaradır. Belə qadın öz taleyini istədiyi istiqamətə yönəldə bilər.

Hər bir qadın bu sehrli qüvvələrə malikdir, lakin sahib olduğu gücün fərqində olmayan və bunu dərk etməyən qadınlar da var. Onlar gücünü bəzən və intuitiv hallarda istifadə edə bilərlər. Demək olar ki, bütün qadınlar standart məhsullardan borş bişirməyi bacarır, amma kimsə demir ki, nə etmək lazımdır ki, kulinariya bacarıqlarınız kişini heyran etsin. Hər kəs paltar ütüləyə bilər, amma neçə adam köynəyi elə ütüyüləyə bilər ki, o sevdiyi kişiyə uğur və şöhrət gətirsin. Sirr sadədir, hər bir işi sevgi və məmnuniyyət hissi ilə yerinə yetirməlisiniz.

Bu manipulyasiya etmə və kiminsə həyatını idarə etmək üçün edilən cadu deyil. Burada söhbət tamamilə başqa magiya haqqında gedir. Məsələ bir qadının arzularını materiyaya çevirmək, qadınlıq enerjisi ilə ətrafdakı hər şeyi xoşbəxtlik və sevgi ilə doldurmaq qabiliyyəti haqqındadır.

Zənn etməyin ki, cadu-tilsim və digər güclü qüvvələri köməyə çağırmaqla insanı öz iradənizə tabe olmağa məcbur etmək olar. Bunu qadın yalnız magik gücü hesabına həyata keçirə bilər. Hər bir qadın öz enerjisi ilə arzularını reallığa çevirəməyə və insanları sevgi və harmoniya ilə əhatə etməyə qadirdir.

 

Sehrli xüsusiyyətlərdən istifadə edə bilmək üçün nə etmək lazımdır?

Əvvəla siz öz gücünüzü tanımalı və qəbul etməlisiniz. Bədəninizin hansı hissəsinin güc qaynağı olduğunu müəyyənləşdirin. Bu təbii gücün çıxış yolu tapmasına icazə verin.

Hər hansı bir ev işi ilə məşğul olarkən onu xoşbəxtlik, sevgi, sevinc, harmoniya, əmin-amanlıq və istiliklə doldurmağa çalışın.

Yemək bişirməyə daha yaradıcı baxın, bu prosesə elə yanaşın ki, sanki sehrli iksir hazırlayırsınız. Hər bir məhsulun unikal xüsusiyyətlərə sahib olduğunu unutmayın. Yeməyə duz əlavə edən zaman bulyonu üç dəfə saat əqrəbi istiqamətində qarışdırın. Qoyun yeməyinizin əsas əsas tərkibi sevgi, ədviyyatı isə qadın sehri olsun. Bu zaman şübhəsiz ki, siz planetin ən ləziz yeməyini hazırlayacaqsınız.

Təmizliklə məşğul olarkən elə təsəvvür edin ki, sanki evi bütün neqativlərdən təmizləyərək onu rifah və sehr ilə doldurursunuz.

Əgər sevdiyiniz kişinin köynəyini ütüləmək lazımdırsa, onun gücünə və cəsarətinə fokuslanın. Daha sonra köynəyi sehrli etmək üçün qadın magiyasına yönəlin. Özünüzə inanın və sizdə hər şey alınacaq.

Adi bir sığal ilə yaxınlarınıza və dostlarınıza məhəbbət verə bilərsiniz. Sevginizi sığallayaraq ovuc içi ötürməyə çalışın, onu daha çox uşaqlara ötürün. Əllərə fokuslanıb onların necə isindiyini və böyük bir enerji seli hasil olduğunu hiss edin. Daha sonra kişini və ya uşağı sığallayıb gücünüzü sınaqdan keçirin. Belə toxunuş qarşı tərəfi sakitləşdirməyə, əzabları və ağrını yüngülləşdirməyə qadirdir.

Qadın enerjisi ilə hər hansı bir münaqişəni həll edə bilər. Qoy qadın enerjisi sizdən çıxsın və ətrafdakı hər kəsi güc ilə doldursun. Özünüzü sakitləşdirmək üçün səssiz və sizə rahatlıq gətirən məkana çəkilib “Bu dünyada hər kəs sakit və sülh içindədir” deyin. Sizin köməyinizlə dünya sevgi və rifah ilə dolacaq, ətrafınızda isə harmoniya hökm sürəcək.

Uşağınızın atası ola biləcək bir insanın varlığından zövq alın, onun bir dahi (hətta əksi olsa belə) olduğu ilə qürur duyun. Hər kişi üçün sevdiyi qadının onun haqqında yüksək fikirdə olması qürurvericidir. Odur ki, onlar bu sözləri böyük coşğu ilə qəbul edəcək və hər ötən gün müsbət keyfiyyətlərini artırmağa səy göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir