ixtira

Bunların nə olduğuna çaşıb qalacaqsız: Ağlasığmaz İXTİRALAR

Baxış sayı: 1. 155

XX əsr həyatımızı dəyişdirən kəşflərlə doludur. Məsələn, televizor, kompüter, təyyarə və s. Lakin bu kəşflər arasında insanı çaşdıran, geniş kütləyə yayılmayan qəribə ixtiralar da var.

Bu yazıda keçən əsrin 20 qəribə ixtirasını bir araya toplamışıq. Bunlara nəzər yetirən zaman insanı bir sual düşündürür: Axı bu ixtiralardan necə istifadə etmək olar?

Suyadavamlı tuş kəşf olunmamışdan əvvəl makiyajın korlanmaması üçün belə maskalardan istifadə etməyi təklif edirdilər.

Smartfonların sayəsində biz musiqi dinləyə, film baxa, xəbər oxuya bilərik. Amma əvvəllər insanların belə rahatlığı yox idi. Ona görə də, hər şeydən xəbərdar olmaq üçün belə radiopapaqlar ixtira edilmişdi.

Əlavə “reallıqlarla” doldurulmuş eynəklər.

Keçmişin bəzi əşyaları o qədər mənasız görünürdü ki, hətta onları geyinməyə belə utanırdılar. Məsələn, bu xilasedici jilet kimi.

Bu alət yanağında qəmzəsi olsun istəyən xanımlar üçün kəşf edilib.

İxtiraçıların fikrincə, ailə velosipedində mütləq tikiş maşını olmalıdır.

Beli kisələmək və sabunlamaq üçün güzgülü qəribə alət: Bundan rahat nə olar bilər ki?

Duş üçün papaq.

Modabazlar üçün motorlu sörfinq lövhəsi.

Diyircəkli konkilər.

Bu kəşf ad ala bilmədi: Ayaq velosipedidir və ya çarxları olan konkidir, bilinmədi.

Uzanıb kitab oxumağı kim sevmir ki? Belə eynəklər gözləri korlamadan kitab oxumaqdan zövq almağa imkan verir.

Uzanıb kitab oxumaq üçün daha bir kəşf.

Balaca körpünü çantana qoyub aparmaq olar. Belə hər ehtimala qarşı.

Hollivud ulduza üçün düşünülüb.

Saunanı sevənlər üçün. Özünlə daşıya biləcəyin çanta formasında sauna.

Oğrulardan qorunmaq üçün düşünülüb: Cinayətkar diplomatı tutanda içindəki hər şeyin çölə tökülməsi üçün xüsusi düymə var idi.

İxtiranın müəllifi şəhərdə uşaqları belə “qəfəs”də gəzdirməyi təklif edirdi.

Uşaqlar üçün daha bir mənasız kəşf: Müəllifin fikrincə, bu, uşaqlarla gəzintinin rahat formasıdır.

Bu ixtira isə daha çox sual doğurur. İxtiranın müəllifi düşünür ki, keçəllərin belə darağa doğrudan ehtiyacı olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir