Leyla Zulfüqarli

Yaz mövsümündə necə qidalanmalıyıq?

Baxış sayı: 1. 576

Artıq bir müddətdir ki, yaz mövsümünü yaşayırıq. Təbii ki, təbiətdə baş verən dəyişiklilər orqanizmimizə də təsirsiz ötüşmür. Belə ki, qışda melatonin adlanan hormonun çoxalması səbəbindən seratonin, yəni xoşbəxtlik hormonu azalır.

Bu zaman isə insan daim yuxulu olur, bəzən depressiyaya düşür, passivləşir. Nəticədə kökəlməyə meyilli olur. Sanki passivləşmə baş verir. Nəticədə insan kökəlməyə meyilli olur. Ekspertlər qeyd edirlər ki, yaz mövsümündə insanların metabolizmində dəyişiklik olur. Belə olan halda düzgün qidalanmamaq insanlarda çəki artımı və ya digər problemlər yarada bilər.

 

Bəs yaz mövsümündə necə qidalanmalıyıq?

Mövzu ilə bağlı danışan “Sağlam bəslən – Arıqla” və “Köklüyün sirri – Arıqlığın açarı” kitablarının müəllifi, diyetoloq Leyla Zülfüqarlı aşağıdakıları dedi: “Təbiətdə baş verən dəyişikliklər kimi yaz mövsümündə də sağlamlığımızda dəyişiklik öz əksini tapmalıdır. Orqanizmin qışda tələb etdiyi vitaminlər artıq yaz mövsümünə görə dəyişməyə başlayır. Bu dövrdə mikrovitaminlərə daha çox ehtiyac yaranır. Bunları da əsasən yeni səbzə və meyvələrdən, göyərtilərdən ala bilərik.

Bildiyiniz kimi, yaz mövsümündə bəzi insanlarda bir bahar sindromu, yorğunluq yaşanır ki, bu vitaminlərlə onu dəf etmək mümkündür. Məsələn, vitamin D Günəşin şüaları ilə birgə çox böyük iş görə biləcək elementdir. Bu vitamin bədəndə sanki hormon kimi iş görür. Payız və qış mövsümündə Günəş şüalarını az gördüyümüzdən D vitaminini ala bilmirik. Bunu yalnız çox az faizlər qidalardan əldə etmək olurdu. Yaz mövsümündə D vitamini qəbul etməklə artıq daha az yatacaq və təbiətlə daha çox ünsiyyətdə olacağıq, nəticədə daha artıq oksigen alacağıq. Beləliklə yaz mövsümünün vacib elementləri bol su, oksigen, Günəş şüalarıdır. Bununla yanaşı, qatıq, süd gündəlik qida rasionumuzun əsasını təşkil etməlidir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir