yoqa

YOQA: hamilələr üçün faydalı

Baxış sayı: 1. 787

Hamiləlik dövrünün fiziki və ruhi baxımdan sağlam keçməsini təmin edən bu idman növü körpələrin ürək döyüntüsü, nəfəs alma orqanları, daxili və xarici orqan funksiyalarının daha yaxşı işləməsinə kömək edir.

Hamiləlikdə ana və körpənin rahatlığı üçün edilməli olan idman hərəkətlərindən biri də yoqadır. Hamilə qadının iş şəraitində yaşadığı stress hamiləlik, doğuşla bağlı eşitdiyi mənfi şeylər, ana və körpəyə həqiqətən təsir edir.

Hamiləliyin 24-cü həftəsində körpə anasının kədərini də, sevincini də hiss edə bilər və bu, körpənin davranışlarına və funksiyalarına təsir edir. Hamiləliyi sakit keçirsəniz, uşaq doğulanda da sakit biri olar. Hamiləlik zamanı edəcəyiniz yoqa daha rahat, sevincli, müsbət olmanıza kömək edər.

Yoqanı körpəniz də hiss edir.

Hamiləliyin 16-cı həftəsində körpə xarici səslərə reaksiya verməyə başlayır, ananın səsini eşidir. Körpə zehni olaraq da anasından bəslənir. Hər mənada sağlam və xoşbəxt olan bir ananın körpəsi də sakit olacaq.

Hamiləlik zamanı edilən idmanın həm anaya, həm də körpəyə çox faydası var. Körpənin ağırlığı artdıqca ananın əzələ və skelet sistemində dəyişiklik yaşanır. İdman etmək ananın əzələlərini gücləndirər, doğumu asanlaşdırar.

Analara nə kimi təsir edir?

Hamilələr üçün xüsusi yoqa qaydaları ilə ana stressdən uzaq qala bilər. Yoqa sayəsində baş gicəllənmə, ürək bulantısı halları da azala bilir.

Hamiləliyin 3-cü ayından sonra başlanan yoqa əzələ gücünü artırır, sağlam onurğa sahibi olmağa kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir