sevgi

Sevgililər ilk görüşün uğurlu olması üçün bu şərtlərə əməl etməlidir

Baxış sayı: 1. 154

İlk görüşlər qəribə və ürəksıxıcı ola bilir. Hətta tərəflər arasındakı maraqsız ünsiyyət, səssizlik də mənəvi narahatlıq yaradır. Nə isə deyim deyə sinirlərinizi sıxmağınız isə həm də baş və ürək ağrısı gətirır.

Mütəxəssis Erik Barker belə hallar yaşanmasın deyə ilk görüşlər üçün xüsusi mövzular hazırlayıb. “Gencaile.az” “Publika.az”-a istinadən həmin mövzuların siyahısını təqdim edir.

 

1. Filmlər haqda deyil, səyahət etmək haqda danışın.

Mütəxəssislər bildirir ki, ilk görüşdə filmlərdən bəhs edən 100 cütlükdən sacə 9-u ikinci görüşə razılıq verir. Səyahət mövzusu iə bu siyahını ikiqat artırır.

 

2. Dialoqu qarşılıqlı hərəkətdə saxlayın

İlk görüş bir-birinizi daha yaxından tanımağınız üçündür. Odur ki, nə çox dinləyən, nə də həddən artıq danışan tərəf olun. Nitq mədəniyyətinizin bütün zənginliyini nümayiş etməyə çalışın.

 

3. Özünüz barədə ən təsirli və şəxsi məlumatları verin.

Çünki sirrinizi bölüşəndə qarşınızdakı insanla aranızda xüsusi istilik və güvən yaranır.

 

 4. Mübahisəli mövzulardan qaçmayın.

Buraya “kimin qəlbini qırmısan?” yaxud “abort haqda nə düşünürsən?” sualları aid edilə bilər.

 

5. Fiziki münasibəti möhkəmləndirmək üçün bu bəndi oxuyun.

Alimlər düşünür ki, ilk görüşdə spirtli içkilər haqda sual versəniz, bu sizi aranızdakı intim münasibətə bir addım yaxın edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir