menzil

Mənzillər bahalaşa bilər – EKSPERT YANAŞMASI

Baxış sayı: 1. 301
 “Daşınmaz Əmlak bazarında ay ərzində 1.31 faiz artım, il üzrə isə 1.85 faiz azalma olub”.

Bu sözləri mənzil bazarındakı durumla bağlı danışarkən daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyir.

Ekspertin sözlərinə görə, mənzil bazarında bütöv bazar üzrə 8.96 faiz artım müşahidə edilir:

“Eyni zamanda ilkin mənzil bazarında ay ərzində 3 faiz, rüb ərzində 5.34 faiz azalma, il ərzində isə 5.64 artım olub. Torpaq bazarında ay ərzində 1.38 faiz artım, rüb ərzində 0.9 faiz azalma, il ərzində 2.96 faiz artım qeydə alınıb. Həyət evlərində ay üzrə 4.75 faiz artım, rüb ərzində 5.37 faiz azalma, il ərzində 2.18 faiz artım var.

Obyeklərin icarəsində isə ay üzrə 0.83 faiz, rüb ərzində 5.88 faiz, il üzrə isə 14.35 faiz artım qeyd edilir. Evlərin kirayəsinə ay ərzində 1.25 faiz artım, rüb ərzində 2.85 faiz, il ərzində isə 5.83 faiz azalma müşahidə olunur. Ümumiyyətlə, Novruz bayramından sonra bazarda aktivlik müşahidə olunur və buna görə də qiymətlər bahalaşmaya doğru gedir”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir