mudir

Müdir ilə münasibətlər: yaxın olmalı, yoxsa məsafə saxlamalı?

Baxış sayı: 1. 039

Müdiriniz ilə yaxın və mehriban münasibətin ağlınıza gəlməyən mənfi tərəfləri ola bilər.

Müdir ilə pis münasibətdə olmaq gərginlik yaradır. Lakin, sən demə, müdir ilə yaxın və mehriban münasibət elə o qədər – bəzən daha çox stressli ola bilər.

ABŞ – Şimali California-da dizayn peşəkarı olan Gabby Sullivan, bunu çox yaxşı bilir. Sullivan ilə müdiri çox yaxın dost, iş ortağı olublar və müdirinin vəzifəsi yüksələnədək eyni vəzifəni paylaşıblar.

Sullivan, müdirinin onu digərlərindən daha yuxarı tutduğunu hiss etməyə başlayır və əmrlərinə tabe olmadıqda danlandığının şahidi olur. Getdikcə Sullivan-a verilən üstünlük, iş yoldaşlarının narazılığına səbəb olur. Vəziyyət ürəkaçan deyildi.

Eyni zamanda, onların dostluğu da dəyişir və gec-gec görüşməyə başlayırlar. Görüşdükdə isə Sullivan qısa və lakonik cavablarla kifayətlənir və işdən savayı mövzulara toxunmaq istəmirdi. Vəziyyət Sullivan üçün o dərəcədə stress dolu olur ki, o, hər şeydən uzaq qalmaq üçün işdən iki aylıq ayrılır.

“Mən uzun müddət özümü narahat hiss edirdim,” o deyib.

“Fiziki çətin məsələlərdə və mənəvi dilemmalarda dəyişikliklər zamanı, müdir ilə güclü münasibətə malik olmaq, işçilərin iş gərginliyini artıra bilər,” San Diego Dövlət Universitetinin menecment üzrə dosenti Jeremy Bernerth, e-mailində deyib.

Bu, təkcə hiss deyil. O, araşdırma nəticəsində fenomenin, yüksək stress səviyyəsi, işə getməmə, digərlərinin nə düşündüyü və zəif iş performansında əks olunduğunu aşkar edib.

 

Sağlam balans

“Əlbəttə ki, ən azından qısa müddətlik müdirin ilə yaxşı münasibətdə heç bir qəbahət yoxdur,” Berlində yerləşən Liderliyin İnkişafı Tədqiqatı üzrə Menecment və Texnologiya Mərkəzi Avropa məktəbinin direktoru Konstantin Korotov bildirib.

Amma, “uzun müddətdə vəziyyət, işçi üçün yorğunluq, kobudluq və ya narazılıq yarada bilər,” o, e-mailində deyib.

Müdiriniz hər zaman ona tərəf çıxacağınıza arxayınlaşır və münasibət sizi etika və qərarlar barədə kompromisə getməyə məcbur edir.

Hər zaman əla iş münasibəti kimi görünən vəziyyət gözlənilməz bir hal alır: biz valideynlərimiz və ya sevgilimizlə münasibətdə də eyni stresi yaşamağa başlayırıq.

“İş münasibətləri, hər hansı başqa münasibətdən fərqlənmir,” New York-da yerləşən klinik psixoloq və təşkilatı məsləhətçi Vincent Passarelli, deyib. “Bizim həyatımızdakı dinamikanı işdə də yaratmaq kimi tendensiyamız olur.”

Başqa sözlə, biz işə başlayarkən gözləntilərimiz gənc, yeniyetmə və daha yaşlı dövrlərdə yaşadığımız təcrübələrə əsasən olur, o deyib. “Ailənizdə münasibətlər nə dərəcə yaxşıdır? İnsanlar sevginsini necə bildirir? İnsanlar necə üzr istəyirlər? Münasibət şərtidir ya yox?” Passarelli soruşur. Eyni suallar iş üçün də keçərlidir.

 

Nə qədər yaxınsınızsa, o qədər çətin ola bilər

Müdiriniz ilə yaxın münasibət yaxşı əlaqə yaradacaq kimi görünsə də, yüklənmiş münasibətlərə gətirə bilər, Passarelli deyib. “Soyuq münasibətin daha çətin olacağını düşünə bilərsiniz. Amma, həqiqətən də, nə qədər yaxınıqsa, bir o qədər də həssas oluruq.”

Həssaslıq üzündən, biz hər şeyi fərqli yozmağa başlayırıq. “Əgər kiminləsə yaxın münasibətiniz varsa, ümidləriniz doğrulmayanda daha çox xəyanət kimi görəcəksiniz,” Passarelli söyləyib. “Siz narazılıqları inkar kimi qəbul edəcəksiniz. Siz, bunları “karyeran üçün gərəkli olan nədirsə, onu da etməlisən” kimi anlamaq istəməyəcəksiniz.

Əgər işlədiyiniz şirkətdə peşəkar münasibətlər və dostluqlar eyni dərəcədə yaxşı gedirsə, dostdan işçiyə çevrilmək demək olar ki, qeyri-mümkün olacaq və əlavə stress və qeyri-müəyyənlik gətirəcək,” New York-da yerləşən təşkilati məsləhətçi Beth Fisher-Yoshida deyib.

Dostlar

“Bunu kodların dəyişməsi kimi də hiss etmək olar,” Fisher-Yoshida qeyd edib. “Əvvəlcə dost olursan, sonra isə üzərimə gəlirsən, soyuqlaşır və uzaqlaşrsan.”

Evlilik və ya hər hansı şəxsi münasibətdə olduğu kimi, soyuq və isti münasibətlər dəyişkənliyi ofisdə də insanı narahat edə bilər, Passarelli bildirib. “Hər gün gördüyüm adama nə olub? İndi ən yaxşı halda, iki həftədən bir görüşürük. Təbii olaraq, özümü tamamilə tərk edilmiş kimi hiss edəcəyəm.”

 

Məsafə saxlamaq

Sullivan məzuniyyətdən qayıtdıqdan sonra çox şey dəyişməmişdi və bu dəfə müdiri onu qeyri- peşəkarcasına görüşə dəvət edir.

Təəccüblü deyil ki, bu kimi davranış onun hisslərini qarışdıracaq, Passarelli deyir, xüsusilə də əgər o, müdiri ilə bir vaxtlar yaxın dost olubsa.

“Müdirdən dostluğa yol əksinə yoldan daha asan olur”, o deyir. Bu, xüsusilə o halda doğrudur ki, müdir gözləntilərin nə olduğunu aydın ortaya qoymur.

Qəhfə

“Bundan sonra qərara gəldim ki, dostluğa son qoymaq lazımdır. Bu çox peşəkar bir davranış idi və əmin olmaq istəyirdim ki, təsdiqini tapacaq”, Sullivan deyir.

O, artıq müdirini dost saymırdı, bir yerdə keçən tətillər və zarafatlar sona çatmışdı.

Bu “özünü tanıma və özünə məhdudiyyətlər qoymaq bacarığı” tələb edir, Fransada fəaliyyət göstərən peşəkar və şəxsi inkişaf şirkəti olan HorsePower təsisçisi Lorraine Tilbury deyir.

“Özünü tanıma o deməkdir ki, sən öz dəyərlərini müəyyən edə bilirsən və bədəninə qulaq asıb səndən çox şeyin tələb olunduğunu müəyyənləşdirirsən.

Bu yolla kobud və özünə vurğun müdirin də öhdəsindən gəlmək çətin deyil. Bütün hallarda sənə qayğı göstərməyən biri ilə münasibətlərini istiqamətləndirirsən.

Gərək özündən soruşasan, “Bu adama etibar edə bilərəmmi?” Passarelli deyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir