qadin-kisi

Kişi orqanizmi üçün narkotikadan təhlükəli GÖZƏLLƏR

Baxış sayı: 1. 192

Dünya təbabət elminin başqa işi – gücü yoxmuş kimi gözəllərin insan, yəqin ki, daha çox kişi orqanizminə təsirini araşdırıb. Sən demə, lazım imiş, çünki araşdırma maraqlı bir faktı üzə çıxarıb.

İspan alimləri ortaya çıxarıblar ki, gözəl qadınlarla ünsiyyətdə olmaq kişilər üçün çox təhlükəlidir: hətta spirtli içkilərdən və narkotikadan da.

Gözəl qadınların əhatəsində olan kişi orqanizmində çoxlu sayda  stress yaradan hormonlar baş qaldırır. Bu da həmin orqanizmdə maddələr mübadiləsinin pozulmasına, cinsi zəifliyə və ürəkdə problemlərin yaranmasına gətirib çıxarır.

Kisi-qadin

Tədqiqat üçün kişi kollektivinə bir gözəl qadın işə götürülüb. Həmin qadınla yaxın məsafədə əyləşən kişilərdə dərhal stress yaradan hormonlar yüksəlib.

Qadın otaqdan çıxan kimi vəziyyət normallaşıb. Sübut olunub ki, gözəl qadının kişi cəmiyyətində beş dəqiqə olması kifayətdir ki, kişinin vəziyyəti paraşütlə tullanan kəsin yaşadığı stressə bərabər olsun.

London akademiyasının professoru Satoşi Kanazava isə sübut edib ki, gözəl, üstəgəl ağıllı qadın kişilər üçün ikiqat stressdir. Satoşi onu da sübut edib ki, gözəl qızlar eyni zamanda həm də ağıllı olurlar. Sonuncu bir qədər şübhəli araşdırma olsa da nəticə belə olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir