İsti şokolad bir çoxlarınızın sevdiyi içkidir. Dadlı və ləzzətli olması ilə hər zaman fərqlənir.
“Gencaile.az” həmin resepti sizə təqdim edir:
Vəsaitlər:
– 300 ml.yarım yağlı süd
– 1 yemək qaşığı kakao
– 50 qram qara şokolad
– 1 yemək qaşığı toz şəkər
Hazırlanması :
–Yarım yağlı süd, kakao və toz şəkəri bir qaba tökün. Sonra qarışdırıb, qaynadın.
– Qara şokoladı kiçik hissələrə ayırın. Qaynayan bir su buxarı üzərinə bir qab qoyun ve şokoladı əridin.
– Südü fincanlara süzün. Əridilmiş isti şokoladı əlavə edib, qarışdırdıqdan sonra isti-isti için.