aile

Ailədaxili problemlərin həllini niyə təxirə salmamalı?

Baxış sayı: 1. 657

Evliliklərdə yol verilən ən böyük səhvlərdən biri də qarşıya çıxan problemlərin həllini müxtəlif səbəblərlə təxirə salmaqdır. “Necə olsa, düzələcək”, “İlk addımı mən niyə atmalıyam?”, “Qoy özü səhvini başa düşsün” və s. kimi düşüncələrlə problemlərin həllini təxirə salmaq əslində vaxt itkisinə səbəb olmaqdan başqa bir şey deyil. Bəziləri problemləri ört-basdır etməklə onların böyüməsinin qarşısını aldıqlarını düşünürlər. Halbuki onlar ört-basdır etməklə bu problemlərin böyüməsinə şərait yaratdıqlarını unudurlar.

Başqa bir məsələ isə problemlərin həll olunmadan şüuraltına yerləşdirilməsi və bunun tədricən tərəflərdə ciddi psixoloji problemlərə gətirib çıxarmasıdır. Təbii ki, bu psixoloji problemlər ailə həyatına da öz təsirini göstərir və ailədə əvvəlki əmin-amanlıq da qalmır. Halbuki, qarşımıza çıxan problemləri görməməzliyə vurmaq və ya təxirə salmaq əvəzinə onları həll etməyə çalışsaq, həm enerjimizdən düzgün istifadə edə, həm də səbrimizə qənaət etmiş olarıq.

aile

 

Beləliklə, yuxarıda haqqında danışdığımız psixoloji problemlərə də ehtiyac qalmaz. Təbii ki, eyni zamanda həyat yoldaşımız və ailəmizlə dialoqumuzu qorumuş olarıq. Elə isə nə olursa olsun, problemlərinizin həllini təxirə salmayın. Unutmayın ki, səbriniz və enerjiniz sərhədsiz deyil və nə vaxtsa, tükənə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir