“Gencaile.az” saytının mətbəx bölməsi dadı-damağınızdan getməyəcək, ağzınızda əriyəcək ponçik reseptini təqdim edir:
İnqrediyentlər:
1 banka qatılaşdırılmış süd
4 yumurta
yarım çay qaşığı soda
təxminən 500 qram un
bitki yağı
zövqə görə üyüdülmüş şəkər tozu
Hazırlanması:
1. Qatılaşdırılmış südə yumurta, soda və un əlavə edib, yaxşıca qarışdırın.
2. Xəmiri kolbasa formasına salın, ondan kiçik kündələr düzəldin. Hər bir kündəyə top, kürə forması verin.
3. Kürəciklər qızdırılmış bitki yağında qızılı rəng alana qədər qızardılır.
4. Hazır ponçikləri kağız salfetin üzərinə yığın ki, artıq yağı ona hopsun.
5. Ponçiklər soyuduqdan üzərinə üyüdülmüş şəkər tozu səpin.
Nuş olsun!