sevgi

Cinsi fəallığı artırmaq üçün nə etməli?

Baxış sayı: 1. 237

Təbii üsullarla müalicə üzrə ekspert Seyfəddin Əsədin təqdimatında cinsi istəyi artıran bitkiləri təqdim edirik.

Kök:  Kökdə seks hormonlarını aktivləşdirən komponentlər çoxdur. Dünya şöhrətli seksopatoloqlar “kökü təbii viaqra” hesab edir.

Qarpız: ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə aparılan bir araşdırmaya görə, tərkibindəki citrulline maddəsi sayəsində bədənin rahatlamasını və qan damarlarının genişlənməsini təmin edən qarpız “təbii viaqra” olaraq qiymətləndirilir.

Fıstıq: Zülal və bol “E” vitamini ehtiva edər. Xoşbəxt bir evlilik üçün afrodizyak otlardan faydalanmağın xeyri fayda var.

Ağ tum: Ehtirası artırır, amma sızanaq və çəki artımına da səbəb olur.

Yulaf əzməsi: Xüsusilə qadınlarda cinsi istəksizliyi aradan qaldırır. Milli.Az azxeber.com-a istinadən bildirir ki, hormonları nizamlayır və bədənin müqavimətini artırır. Hər səhər südlü yulaf əzməsinin içinə istəsəniz qoz, fındıq, fıstıq da əlavə edə bilərsiniz. Bu qüvvətli qida ilə gününüzü daha asan keçirə bilərsiniz.

Qırmızı və yaşıl acı bibər, istiot: Həmişə şirniyyatlar olmamalıdır axı. İnana bilməyəcəksiniz, amma acı da cinsi istəyi yüksəldir.

Sarımsaq: Bütün hormonları fəaliyyətə salır. Çiy şəkildə yeyilməsi tövsiyə edilir.

Roka: Yaşıl tərəvəzlər içində bu mənada ən qiymətlisi rokadır. Tək balıq yeməklərində deyil, salatlarda da istifadə etməlisiniz.

Zəncəfil: Bütün bədənə və ruha güc qazandırır. Peçenye və şirniyyatlarda da istifadə oluna bilər.

Arı südü, bal və polen qarışığı: Bu qarışıq həm hüceyrələrinizi yeniləyər, həm də yaşınız ötsə belə cinsi gücünüzü yerində tutar.

Cəfəri: Bədən yorğunluğunu aradan qaldırır. Kişilərdə cinsi gücü artırdığı isə artıq sübuta yetirilib.

Gicitkən toxumu: Bir kilo bal ilə 100 qram gicitkən toxumunu qarışdırın və hər gün bir qaşıq yeyin. Özünüzü əla hiss edəcəksiniz.

Nanə: Xüsusilə qadınlarda bütün qadınlıq hormonlarının nizamlı işini təmin edir və bədəni gücləndirir.

Xardal: Bütün hormonları çalışdırır və əsəbləri qüvvətləndirir. Xüsusilə kişilərdə cinsi gücü artırır.

Vanil: Həm bədəni, həm də sinirləri gücləndirir, ehtirası artırır. Şirniyyatlar və kekslərdə bolluca istifadə edilə bilər.

Quşdili: Kişilərdə və qadınlarda cinsi iqtidarsızlığı aradan qaldırır.

Kərəviz: Daha çox kişilərdə cinsi fəaliyyəti artıraraq vaxtsız iqtidarsızlığın qarşısını alar. Xüsusilə 30 yaşlarında mütləq yeyin.

Üzərlik toxumu:  Nəzər otu olaraq tanınan üzərlik toxumu cinsi gücü artırır, hamiləliyi asanlaşdırar. Əzilmiş toxum gündə 1-2 qram bala qarışdırılaraq yeyilə və ya birbaşa su ilə içilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir