kotlet

Kipr kotleti necə hazırlanır?

Baxış sayı: 1. 133

Ətli yeməklər ölkəmizdə kifayət qədər çox sevilir. Təsadüfi deyil ki, həm milli mətbəximizin ətli yeməkləri, həm də əcnəbi kulinariya nümunələri bizim mətbəxdə geniş istifadə olunur. Bunu nəzərə alaraq,  bu gün oxucularımıza Kipr kotleti reseptini təqdim edirik:

 

Tərkibi:

1 kq. kartof

1 ədəd soğan

200 qr. üyüdülmüş ət

1 ədəd yumurta

3 dilim bayat çörəyin içi

Duz

Quru nanə

Kimyon

Zeytun yağı

 

Hazırlanması:

Kartofu suda 10 dəqiqə bişirin, daha sonra qabığını soyun. Rəndənin xırda gözlü tərəfindən keçirin. Soğanı da rəndələyin və kartofla birlikdə bir süzgəcin içərisinə tökün. Suyu süzüldükdən sonra soğanla kartofu böyük bir boşqaba tökün. Əti, yumurtanı, ovulmuş çörəyi, duzu və ədviyyatları bu qarışığa əlavə edib yoğurun. Qoz böyüklüyündə hissələr qoparıb yumru kotlet halına gətirin.

Zeytun yağını tavaya töküb qızdırın və kotletlərin hər iki tərəfini yaxşıca qızardın. İsti və ya ilıq şəkildə süfrəyə verin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir