Kifayət qədər maqnezium qəbul etmədikdə təhlükəli vəziyyətlə üzləşə bilərsiniz. Maqnezium çatışmazlığının ilkin əlamətləri ürəkbulanma, yorğunluq və iştahanın kəsilməsidir. Ancaq bunlar başqa problemlərin də əlaməti ola bilər. Belə halla üzləşərkən problemin maqnezium çatışmazlığında olduğu heç kimin ağlına gəlmir.
Qadınlar gündəlik olaraq 320 mq, kişilər isə 420 mq maqnezium qəbul etməlidir.
Qida rasionunuzda bütöv dənli taxıllardan hazırlanmış qidalar, həmçinin, paxlalı bitkilər, çərəz, göyərti və tərəvəzlər geniş yer tutursa, maqnezium çatışmazlığından narahat olmağa dəyməz.
Ancaq aşağıdakı əlamətlər varsa, həkimə müraciət etməlisiniz:
1. Yüksək təzyiq
Kifayət qədər maqnezium qəbul etməyəndə təzyiq yüksələ bilər.
2. Əzələ spazması
Orqanizm uzun müddət maqneziumsuz qaldıqda əzələ spazmaları müşahidə edilə bilər.
3. Sümük əriməsi
Maqnezium sümükləri gücləndirir və sizi sümük əriməsindən qoruyur.
4. Başağrısı
Araşdırmalar göstərib ki, miqrendən əziyyət çəkənlərin çoxunda maqnezium çatışmazlığı müşahidə edilir. Orqanizmdə kifayət qədər maqnezium olmadıqda başağrısı müşahidə edilir, həmçinin, miqrenə yaxalanmaq riski artır.