“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə tərəvəzli badımcanlı toyuq çığırtmasının hazırlanma qaydasını təqdim edirik.
İçindəkilər
Toyuq – 1 ədəd
Soğan – 3 ədəd
Pomidor – 3 ədəd
Bolqar bibəri – 1 ədəd
Badımcan – 6 ədəd
Kərə yağı
Keşniş
Duz, istiot
Hazırlanması
Parçalara bölünmüş toyuq əti, halqavari doğranmış soğan, bolqar bibəri, qabığı soyulmuş və sürtgəcdən keçirilmiş pomidor yağda qovrulur. Badımcanın qabığı soyulur, doğranır, çığırtamaya əlavə edilir, duz, istiot səpilir. Yağa düşənə qədər bişirilir. Süfrəyə veriləndə üzərinə xırda doğranmış keşniş əlavə edə bilərsiniz.
Nuş olsun!