GOZ ALTI

Gözlərin altında tündləşmə nələrdən xəbər verir?

Baxış sayı: 1. 119

Gözlərin altında rəngin birdən-birə dəyişməsi normal hal sayılmır. Mütəxəssislərə görə, göz altında tündləşmə genetik, anadangəlmə də olur. Sonradan meydana gələn tündləşmə isə bir çox xəstəliklərin əlaməti ola bilər deyə bu hala diqqət etmək lazımdır.

Bu, yuxusuzluq, nizamsız həyat tərzi, alkoqol qəbulu, siqaret çəkmək, venoz qan dövranının pozulması və s. amillərlə əlaqəli ortaya çıxa bilər.

Ekzemalar nəticəsində də göz altlarında tünd rəngin yaranması mümkündür.

Dəmir çatışmazlığı, bəzi qaraciyər və böyrək narahatlıqları da belə hala səbəb olur.

Göz altı dərisi daha incə olduğu üçün oradan keçən damarlar daha qabarıq görünür və daxili orqanlarda olan problemlər ilkin olaraq məhz orada özünü büruzə verir.

Göz və göz çevrəsi şəxsin yaşını, sağlıq və psixoloji vəziyyətini aydın göstərən bölgədir.

 

Göz altı tündləşməsi zamanı nə etmək lazımdır?

İlk növbədə həkimə müraciət edib, onu yaradan səbəbləri aydınlaşdırmaq önəmli sayılır.

Bəzən tündləşməyə səbəb olan hal tam aradan qalxsa da, tünd ləkələr getməyə bilər. Bu halda sırf dermatoloji prosedurlar-mezoterapiya, PRP, göz altı dolqu prosedurları, həmçinin ləkə əleyhinə kremlər tövsiyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir